Modern.az

Niyazi Bayramov Gəncə sakinlərinin problemlərini dinlədi

Niyazi Bayramov Gəncə sakinlərinin problemlərini dinlədi

Aktual

13 Aprel 2021, 12:07

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti vətəndaş qəbulunu keçirib.

 

Modern.az xəbər verir ki, qəbulda vətəndaşları narahat edən məsələlər dinlənilib, dilə gətirilən problemlərin həlli üçün müvafiq tədbirlər görülüb.

Görüşdə səsləndirilən məsələlər arasında fərdi yaşayış evinə qaz xəttinin çəkilməsinə köməkliyin göstərilməsi, işlə təminat, müalicə üçün göndərişin verilməsi kimi məsələlər üstünlük təşkil edib.

 

Sakinlərin müraciətlərini tək-tək dinləyən şəhər rəhbəri, səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər yerindəcə öz həllini tapıb. Digər müraciətlər isə araşdırılaraq, qanunamüvafiq qaydada həll edilməsi üçün qeydiyyata götürülüblər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır