Modern.az

Paytaxtın yeni prospekti - “8 Noyabr”

Paytaxtın yeni prospekti - “8 Noyabr”

14 Aprel 2021, 10:53

Xəbər verildiyi kimi paytaxtın Xətai rayonunda yerləşən “Nobel” prospektinin və “Zığ şossesi”nin Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qədər olan hissəsinin adı dəyişdirilərək “8 Noyabr” prospekti adlandırılıb.

 

Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Modern.az-a verilən məlumata görə, bu prospektdə son illərdə geniş abadlıq-yenidənqurma işləri aparılaraq əhəmiyyətli dərəcədə dəyişikliklər edilib:

 

“Zığ şossesinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qədər olan hissəsinin də bu prospektə qatılması ilə onun uzunluğu 10 km-ə yaxın uzanmış və bununla da prospekt Bakı şəhərinin ən böyük prospektlərindən birinə çevrilmişdir.

 

Həmçinin qeyd edilib ki, “Hərbi Qənimətlər parkı”nın yerləşdiyi bu prospektdə gələcəkdə “Zəfər” muzeyinin yaradılması nəzərdə tutulur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi