Arxiv
14 Aprel 2021, 15:20 | İQTİSADİYYAT
Azərbaycanlıların ən çox ticarət etdiyi ölkələr – SİYAHI

2021-ci ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 142 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.

 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, 79 ölkəyə məhsul ixrac, 133 ölkədən idxal olunub.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 4515,0 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 2903,0 milyon dollarını və ya 64,3 faizini ölkədən ixrac olunmuş məhsulların, 1612,0 milyon dollarını (35,7 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib.

 

Nəticədə 1291,0 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 7,5 faiz, real ifadədə 17,1 faiz, o cümlədən idxal 28,3 faiz, ixrac isə 10,6 faiz azalıb.

2021-ci ilin yanvar-fevral aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 12,1 faiz artıb, real ifadədə isə 3,2 faiz azalaraq 331,3 milyon dollar təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 37,6 faizini İtaliyaya, 10,9 faizini Türkiyəyə, hər biri 7,8 faiz olmaqla Hindistan və Gürcüstana, 6,3 faizini İspaniyaya, 4,4 faizini Portuqaliyaya, 4,2 faizini Ukraynaya, 4,1 faizini Çinə, 3,2 faizini Rusiyaya, 2,2 faizini Xorvatiyaya, 1,6 faizini Birləşmiş Krallığa, 1,5 faizini Almaniyaya, hər biri 1,4 faiz olmaqla İsrail və Belarusa, 1,3 faizini İsveçrəyə, 4,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri olub.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (32,3 faiz), Rusiyaya (25,8 faiz), İsveçrəyə (10,6 faiz), Gürcüstana (8,6 faiz), ABŞ-a (4,0 faiz), Çinə (2,9 faiz), Ukraynaya (1,7 faiz), Almaniyaya (1,5 faiz), Türkmənistana (1,3 faiz), İtaliyaya (1,2 faiz), İrana (1,1 faiz), Birləşmiş Krallığa (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,1 faizi Rusiya, 14,8 faizi Türkiyə, 12,6 faizi Çin, 8,8 faizi Almaniya, 5,2 faizi ABŞ, 3,9 faizi İran, hər biri 3,8 faiz olmaqla Birləşmiş Krallıq və Ukrayna, 3,1 faizi İtaliya, 2,0 faizi Norveç, 1,9 faizi Koreya, 1,6 faizi Avstraliya, 1,5 faizi Polşa, hər biri 1,4 faiz olmaqla Hindistan və Yaponiya, 19,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2021-ci ilin yanvar-fevral aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 25,4 faiz, şəkər – 1,9 dəfə, meyvə və tərəvəz şirələri – 33,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 1,9 dəfə, kartof – 1,7 dəfə, pambıq lifi – 26,2 faiz, pambıq ipliyi – 4,7 faiz, polietilen – 27,1 faiz, bentonit gili – 23,7 faiz artmış, təzə tərəvəz ixracı isə 27,6 faiz, bitki yağları – 26,3 faiz, çay – 12,7 faiz, meyvə və tərəvəz konservləri – 15,3 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 31,1 faiz, tütün – 70,4 faiz, emal olunmamış alüminium – 30,4 faiz, qara metallardan borular – 30,1 faiz azalıb.

2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2021-ci ilin yanvar-fevral aylarında xam şəkər və şəkər idxalı 2,5 dəfə, təzə tərəvəz – 3,2 dəfə, siqaretlər – 45,6 faiz, dərman vasitələri – 1,8 dəfə, rezin şinlər – 12,1 faiz, mineral gübrələr – 2,0 dəfə, yük avtomobilləri – 12,8 faiz, məişət kondisionerləri – 8,0 faiz, məişət soyuducuları – 20,7 faiz artmış, təzə meyvə idxalı isə 0,3 faiz, bitki yağları – 33,7 faiz, kartof – 4,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 11,2 faiz, çay – 17,6 faiz, buğda – 77,3 faiz, mal əti – 18,8 faiz, quş əti və onun əlavə məhsulları – 25,9 faiz, minik avtomobilləri – 19,6 faiz, qara metallardan borular – 42,5 faiz, polad prokatı – 56,9 faiz, hesablama maşınları, blok və qurğuları – 10,8 faiz, qara metallardan çubuqlar – 37,6 faiz, mebellər – 28,4 faiz, polietilen – 28,1 faiz, paltaryuyan maşınlar – 8,8 faiz, avtobuslar – 40,6 faiz, qara metallardan künclüklər – 31,8 faiz, sement və sement klinkerləri – 19,9 faiz azalıb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiya MN-dən sülhməramlılarla bağlı AÇIQLAMA 7 May 2021, 23:53 “Rusların acığına Njde kimi faşistlərə abidələr ucaldılır” - Jirinovski 7 May 2021, 23:37 Azərbaycan səfirliyindən Latviya Seyminə ETİRAZ 7 May 2021, 23:23 Çempionlar Liqasının finalı İstanbulda keçirilməyə bilər 7 May 2021, 23:10 Misirdə “Xarı bülbül” sərgisi - FOTO 7 May 2021, 22:59 Erməni deputat xalqa çağırış etdi: "Qarabağı unudun" 7 May 2021, 22:47 Türkiyədə yoluxma və ölüm sayında azalma 7 May 2021, 22:33 Prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilir 7 May 2021, 22:21 UEFA-dan Avropa Super Liqasına qoşulan klublarla bağlı QƏRAR 7 May 2021, 22:09 ÜST Çinin daha bir peyvəndini təsdiqlədi 7 May 2021, 21:58 BAMF-la Brüssel Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı 7 May 2021, 21:45 Rusiyanın Xalq artisti vəfat etdi 7 May 2021, 21:34 İlham Əliyev bu fərmanı ləğv etdi 7 May 2021, 21:21 “Elektron prokurorluq” informasiya sistemi yaradılacaq 7 May 2021, 21:08 Şəhid ailələri bu ödənişdən azad olundu 7 May 2021, 21:06 Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı 7 May 2021, 20:56 Ağsaqqallar Şurasının rayon təşkilatlarının konfransları keçirilib - FOTO 7 May 2021, 20:42 Ərdoğanla Putin arasında “Sputnik V” müzakirəsi 7 May 2021, 20:33 Azərbaycanda bu qəzetin adı dəyişdirildi 7 May 2021, 20:20 Nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələri faydalanacaq - Nazir 7 May 2021, 20:06 Məktəblərdə dərslər qismən bərpa olunur - QƏRAR 7 May 2021, 19:43 Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib 7 May 2021, 19:19 3 hakimin səlahiyyətlərinə xitam verilib 7 May 2021, 19:06 İncəsənət xadimlərinə mükafatlar verilib - ADLAR 7 May 2021, 18:58 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib 7 May 2021, 18:53 Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi - 7 May 2021, 18:49 “Azəriqaz” yanında İctimai Şuraya seçkilər başa çatdı – ÜZVLƏR 7 May 2021, 18:38 Milli Məclisdə Heydər Əliyevin 98 illiyinə həsr edilmiş tədbir - Fotolar 7 May 2021, 18:15 Amerika Asiyada yeni NATO təsis edir - TƏHLİL 7 May 2021, 18:07 Musa Yaqubdan bir də gəlməyəcək! 7 May 2021, 18:00 Şəhid olan mədəniyyət işçilərinin xatirəsi əbədiləşdirilir 7 May 2021, 17:57 Estoniyada NATO-nun genişmiqyaslı təlimləri keçiriləcək 7 May 2021, 17:54 Dünya Bankı Azərbaycanda yolların çəkilməsinə pul ayıracaq 7 May 2021, 17:49 Baş nazir Əli Əsədov hökumət üzvlərini TOPLADI 7 May 2021, 17:43 İlham Əliyevin 3 milyon baxış toplayan MÜSAHİBƏSİ: “Ustalıqla verilən cavablar dünyanın diqqətini çəkib” 7 May 2021, 17:38