Modern.az

Əşrəf Qani Baydenlə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını müzakirə etdi

Əşrəf Qani Baydenlə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını müzakirə etdi

Aktual

14 Aprel 2021, 23:24

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani bildirib ki, ABŞ lideri Co Baydenlə zəngləşib, tərəflər ABŞ qoşunlarının sentyabrda ölkədən çıxarılmasını müzakirə ediblər.

 

Bu barədə Modern.az “RİA Novosti”yə istinadən xəbər verir.

 

"Bu gün mənim prezident Cozef Baydenlə telefon söhbətim oldu, biz ABŞ-ın sentyabrın əvvəlindən başlayaraq qoşunlarını Əfqanıstandan çıxarmaq qərarını müzakirə etdik. Əfqanıstan İslam Respublikası ABŞ-ın qərarına hörmət edir və biz tərəfdaşlarımızla işləyəcəyik.

Biz əməkdaşlığımızın növbəti mərhələsinə keçid müddətində sülh səylərinin həyata keçirilməsini davam etmək üçün ABŞ-dan və NATO-dan olan partnyorlarımızla işləməyə davam edəcəyik", - Qani özünün tvitterdəki səhifəsində yazıb.

 

Qaninin sözlərinə görə, Əfqanıstanın təhlükəsizlik və müdafiə qüvvələri ölkəni və xalqı qorumağa tam ölçüdə qadirdir.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir