Modern.az

ABŞ-Rusiya gərginliyi nefti BAHALAŞDIRDI

ABŞ-Rusiya gərginliyi nefti BAHALAŞDIRDI

16 Aprel 2021, 11:06

ABŞ-Rusiya münasibətlərində yenidən gərginlik müşahidə olunur. ABŞ prezidenti Co Bayden Birləşmiş Ştatların Rusiyaya qarşı daha ciddi sansiyalar tətbiq edə biləcəyini, lakin bunu etməməyi qərara aldığını bildirib. Görünən odur ki, hələlik rəsmi Vaşinqton Moskva ilə əsas körpüləri yandırmaq niyyətində deyil.

 

Bu barədə Modern.az-a danışan deputat Vüqar Bayramov bildirib ki, son açıqlamalar dünya bazarlarına da təsirsiz ötüşməyib:


“Artıq Brent markalı neftin 1 barelinin qiyməti 68 dollara yaxınlaşır. Son 10 gündə neftin dünya bazar qiyməti 8 faizdən çox bahalaşıb. ABŞ-Rusiya münasibətlərində soyuqluq müşahidə edilən son 2 gündə isə “qara qızıl” 5 faiz dəyər qazanıb. Doğrudur, neftin dünya bazar qiymətindəki artımlar ABŞ və Avrozona iqtisadiyyatı ilə bağlı pozitiv mesajların gəlməsi ilə də bağlıdır. Əksər ölkələrdə pandemiyanın üçüncü dalğasının müşahidə olunmasına baxmayaraq, vaksinasiya prosesi investorlarda real sektorda artımla bağlı yeni ümidlər forlamalaşdırıb. Eyni zamanda, OPEK + anlaşmasında mühafizəkar meyillərin qorunub saxlanılması və hasilatın kəskin artımına gedilməməsi də neft bazarındakı tarazlığa müsbət təsir göstərir”.


Deputatın sözlərinə görə, qlobal valyuta bazarında “sakitlik” müşahidə olunsa da, regionun əsas dövlətlərinin milli valyutalarına dollar təzyiqi hələ də yumşalmayıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi