Modern.az

Britaniyadan Ukraynaya dəstək  

Britaniyadan Ukraynaya dəstək  

Dünya

18 Aprel 2021, 09:22

Böyük Britaniyanın Hərbi-Dəniz Donanmasının eskadriya gəmisi və sualtı freqat gəmisi may ayında Qara dənizə daxil olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə “Times” nəşri krallığın hərbi dairələrinə istinadən məlumat yayıb.

 

Qəzetin məlumatına görə, gəmilərin Ukrayna sahillərində yerləşdirilməsi Rusiya-Ukrayna sərhədindəki vəziyyət fonunda Kiyev və bölgədəki NATO müttəfiqləri ilə həmrəylik nümayiş etdirmək məqsədi daşıyır.

 

Qəzet yazır ki, gəmilər Aralıq dənizində krallıq donanmasının aviasiya daşıyıcı qrupundan ayrılacaq və Bosfor boğazı vasitəsilə Qara dənizə gedəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu