Arxiv
18 Aprel 2021, 10:20 | ÖLKƏ
Xarici İşlər Nazirliyi BƏYANAT YAYDI

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb.

 

Xarici İşlər Nazirliyindən Modern.az-a daxil olan məlumata görə, bəyantda aşağıdakılar deyilir:

 

"Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur.

 

Bu gün ilə əlaqədar olaraq Azərbaycan, azad edilmiş ərazilərdəki mədəni irsinin Ermənistan tərəfindən məhv edilməsi ilə bağlı ciddi narahatlığını bir daha diqqətə çatdırır.

 

Ərazilərimizin işğalı dövründə demək olar ki, bütün tarixi, mədəni və dini abidələr tamamilə məhv edilmişdir. Bu günə qədər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi azad edilmiş ərazilərdə 400-dən çox abidənin dağıdıldığını müəyyən edib. Bu ərazilərdəki abidələrin ümumi sayı 3000-ə qədərdir.

 

Azərbaycana məxsus mədəni və dini mülkiyyət talan edilmiş, təhqir edilmiş, dəyişdirilmiş və qanunsuz olaraq Ermənistana daşınıb. Azad edilmiş ərazilərdə 100.000-dən çox mədəniyyət nümunəsinin olduğu 22 muzey və muzey filialı məhv edilib.

 

Kəlbəcər rayonunda yerləşən XIII əsrə aid Xudavəng monastırının mədəniyyət nümunələri və qədim əlyazmalar, habelə Ağdam rayonunun Şahbulaq qalası yaxınlığında qanunsuz arxeoloji qazıntılar zamanı tapılan qiymətli mədəniyyət nümunələri Ermənistana qanunsuz olaraq daşınmışdır. Bununla yanaşı, Xocavənd rayonunun Azıx kəndindəki Azıx mağarasında qanunsuz qazıntılar aparılıb.

 

Bütün bu hərəkətlər, beynəlxalq humanitar hüququn, o cümlədən YUNESKO-nun 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolu, eləcə də 1970-ci il Konvensiyası kimi tənzimləmə sənədlərinin kobud şəkildə pozulmasıdır.

 

Təəssüflər olsun ki, mədəni irsimizin qəsdən məhv edilməsi, mənimsənilməsi, dəyişdirilməsi və mədəni sərvətlərimizin qanunsuz olaraq ölkə ərazisindən çıxarılması da daxil olmaqla, müharibə cinayətlərini araşdırmaq üçün müvafiq beynəlxalq təşkilatlara etdiyimiz müraciətlər 30 illik işğal boyunca nəzərə alınmayıb. Hazırda bu baxımdan göstərilən marağı alqışlayırıq.

 

Azərbaycan Respublikası ərazisində yerləşən mədəni irs, mənşəyindən, dünyəvi və dini xarakter daşımasındsn asılı olmayaraq, Azərbaycanın dəyər verdiyi və qoruduğu Azərbaycan xalqının mədəni müxtəlifliyini əks etdirir.

 

Azərbaycan mədəni irsinə vurulmuş misli görünməmiş zərərin müstəqil bir missiya tərəfindən tam qiymətləndirilməsini təmin etmək Azərbaycan Hökuməti üçün prioritet məsələdir və Azərbaycan bu baxımdan YUNESKO ilə sıx əməkdaşlıq edir.

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Rusların acığına Njde kimi faşistlərə abidələr ucaldılır” - Jirinovski 7 May 2021, 23:37 Azərbaycan səfirliyindən Latviya Seyminə ETİRAZ 7 May 2021, 23:23 Çempionlar Liqasının finalı İstanbulda keçirilməyə bilər 7 May 2021, 23:10 Misirdə “Xarı bülbül” sərgisi - FOTO 7 May 2021, 22:59 Erməni deputat xalqa çağırış etdi: "Qarabağı unudun" 7 May 2021, 22:47 Türkiyədə yoluxma və ölüm sayında azalma 7 May 2021, 22:33 Prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilir 7 May 2021, 22:21 UEFA-dan Avropa Super Liqasına qoşulan klublarla bağlı QƏRAR 7 May 2021, 22:09 ÜST Çinin daha bir peyvəndini təsdiqlədi 7 May 2021, 21:58 BAMF-la Brüssel Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı 7 May 2021, 21:45 Rusiyanın Xalq artisti vəfat etdi 7 May 2021, 21:34 İlham Əliyev bu fərmanı ləğv etdi 7 May 2021, 21:21 “Elektron prokurorluq” informasiya sistemi yaradılacaq 7 May 2021, 21:08 Şəhid ailələri bu ödənişdən azad olundu 7 May 2021, 21:06 Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı 7 May 2021, 20:56 Ağsaqqallar Şurasının rayon təşkilatlarının konfransları keçirilib - FOTO 7 May 2021, 20:42 Ərdoğanla Putin arasında “Sputnik V” müzakirəsi 7 May 2021, 20:33 Azərbaycanda bu qəzetin adı dəyişdirildi 7 May 2021, 20:20 Nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələri faydalanacaq - Nazir 7 May 2021, 20:06 Məktəblərdə dərslər qismən bərpa olunur - QƏRAR 7 May 2021, 19:43 Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib 7 May 2021, 19:19 3 hakimin səlahiyyətlərinə xitam verilib 7 May 2021, 19:06 İncəsənət xadimlərinə mükafatlar verilib - ADLAR 7 May 2021, 18:58 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib 7 May 2021, 18:53 Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi - 7 May 2021, 18:49 “Azəriqaz” yanında İctimai Şuraya seçkilər başa çatdı – ÜZVLƏR 7 May 2021, 18:38 Milli Məclisdə Heydər Əliyevin 98 illiyinə həsr edilmiş tədbir - Fotolar 7 May 2021, 18:15 Amerika Asiyada yeni NATO təsis edir - TƏHLİL 7 May 2021, 18:07 Musa Yaqubdan bir də gəlməyəcək! 7 May 2021, 18:00 Şəhid olan mədəniyyət işçilərinin xatirəsi əbədiləşdirilir 7 May 2021, 17:57 Estoniyada NATO-nun genişmiqyaslı təlimləri keçiriləcək 7 May 2021, 17:54 Dünya Bankı Azərbaycanda yolların çəkilməsinə pul ayıracaq 7 May 2021, 17:49 Baş nazir Əli Əsədov hökumət üzvlərini TOPLADI 7 May 2021, 17:43 İlham Əliyevin 3 milyon baxış toplayan MÜSAHİBƏSİ: “Ustalıqla verilən cavablar dünyanın diqqətini çəkib” 7 May 2021, 17:38 Dövlət Xidmətin 33 yaşlı əməkdaşı vəfat edib 7 May 2021, 17:32