Voleybolçu qadınlar arasında azərbaycanlı olimpiya çempionu Vera Lantratova vəfat edib.
Modern.az xəbər verir ki, Vera Lantratova 74 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Vera Lantratova 1968-ci ildə SSRI yığmasının heyətində Yay Olimpiya Oyunlarının qalibi olub. Həmçinin 1967-ci il Avropa və 1970-ci il dünya çempionatında qızıl medal qazanıb.
Allah rəhmət eləsin…
Aysel Məhərrəmova