Arxiv
20 Aprel 2021, 14:24 | MEDİA
Jurnalistin müalicə xərclərini Prezident qarşılayıb

Bir müddət əvvəl xərçəng diaqnozu qoyulan Lent.az saytının redaktoru Səbinə Əvəzqızının müalicə xərclərini Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva qarşılayıb.

Modern.az-ın məlumatına görə, bununla bağlı məlumatı jurnalist özü bildirib.

 

“Dəyərli dostlar, bir qədər əvvəl məndə xərçəng xəstəliyi aşkarlandı. Məni az-çox tanıyanlar bilir ki, bu xəstəliyin müalicəsi ilə məşğul olmaq maddi imkanım xaricindədir. Problemdən xəbər tutan kimi həmkarlarım dərhal toplandılar, media ictimaiyyəti və bir sıra ictimai xadimlər Prezident İlham Əliyevə müraciət ünvanladılar.

Müraciət yayıldıqdan cəmi bir neçə dəqiqə sonra isə artıq mənə zəng etdilər. Mənim müalicəmlə bağlı lazımı dəstək göstəriləcəkdi. Cəmi bir gün sonra Türkiyəyə gedib, öz seçdiyim xəstəxanada müayinə olunmağım təmin edildi. Təəssüf ki, Bakıdakı diaqnoz təsdiqləndi və müalicəmə başladım. Artıq kimya terapiya müalicəsinin ilk mərhələsini qardaş ölkədə aldım. Bütün bu günlərdə dövlətin diqqətini hər an hiss etdim.

Bu diqqət üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xüsusi təşəkkür edirəm. Bir insan üçün həyatının təhlükə qarşısında qaldığı anlarda üz tutacağı Dövləti, dəstəyi olmasını bilməsi çox böyük güvəndir.

Ən çətin anımızda illərlə xidmət etdiyimiz Dövlətimiz, Prezidentimiz bizi tək qoymur. Bu dəfə də belə oldu.

Bir daha cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, bu müraciəti dərhal diqqətə çatdıranlara, hər gün yanımda olan əziz kollektivimə və media ictimaiyyətinə minnətdaram. Mən bu sevgini görəndən sonra artıq xərçəngə qalib gəldiyimi sanıram. Sizin sayənizdə”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiya MN-dən sülhməramlılarla bağlı AÇIQLAMA 7 May 2021, 23:53 “Rusların acığına Njde kimi faşistlərə abidələr ucaldılır” - Jirinovski 7 May 2021, 23:37 Azərbaycan səfirliyindən Latviya Seyminə ETİRAZ 7 May 2021, 23:23 Çempionlar Liqasının finalı İstanbulda keçirilməyə bilər 7 May 2021, 23:10 Misirdə “Xarı bülbül” sərgisi - FOTO 7 May 2021, 22:59 Erməni deputat xalqa çağırış etdi: "Qarabağı unudun" 7 May 2021, 22:47 Türkiyədə yoluxma və ölüm sayında azalma 7 May 2021, 22:33 Prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilir 7 May 2021, 22:21 UEFA-dan Avropa Super Liqasına qoşulan klublarla bağlı QƏRAR 7 May 2021, 22:09 ÜST Çinin daha bir peyvəndini təsdiqlədi 7 May 2021, 21:58 BAMF-la Brüssel Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı 7 May 2021, 21:45 Rusiyanın Xalq artisti vəfat etdi 7 May 2021, 21:34 İlham Əliyev bu fərmanı ləğv etdi 7 May 2021, 21:21 “Elektron prokurorluq” informasiya sistemi yaradılacaq 7 May 2021, 21:08 Şəhid ailələri bu ödənişdən azad olundu 7 May 2021, 21:06 Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı 7 May 2021, 20:56 Ağsaqqallar Şurasının rayon təşkilatlarının konfransları keçirilib - FOTO 7 May 2021, 20:42 Ərdoğanla Putin arasında “Sputnik V” müzakirəsi 7 May 2021, 20:33 Azərbaycanda bu qəzetin adı dəyişdirildi 7 May 2021, 20:20 Nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələri faydalanacaq - Nazir 7 May 2021, 20:06 Məktəblərdə dərslər qismən bərpa olunur - QƏRAR 7 May 2021, 19:43 Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib 7 May 2021, 19:19 3 hakimin səlahiyyətlərinə xitam verilib 7 May 2021, 19:06 İncəsənət xadimlərinə mükafatlar verilib - ADLAR 7 May 2021, 18:58 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib 7 May 2021, 18:53 Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi - 7 May 2021, 18:49 “Azəriqaz” yanında İctimai Şuraya seçkilər başa çatdı – ÜZVLƏR 7 May 2021, 18:38 Milli Məclisdə Heydər Əliyevin 98 illiyinə həsr edilmiş tədbir - Fotolar 7 May 2021, 18:15 Amerika Asiyada yeni NATO təsis edir - TƏHLİL 7 May 2021, 18:07 Musa Yaqubdan bir də gəlməyəcək! 7 May 2021, 18:00 Şəhid olan mədəniyyət işçilərinin xatirəsi əbədiləşdirilir 7 May 2021, 17:57 Estoniyada NATO-nun genişmiqyaslı təlimləri keçiriləcək 7 May 2021, 17:54 Dünya Bankı Azərbaycanda yolların çəkilməsinə pul ayıracaq 7 May 2021, 17:49 Baş nazir Əli Əsədov hökumət üzvlərini TOPLADI 7 May 2021, 17:43 İlham Əliyevin 3 milyon baxış toplayan MÜSAHİBƏSİ: “Ustalıqla verilən cavablar dünyanın diqqətini çəkib” 7 May 2021, 17:38