Modern.az

Daha iki deputat Bilik gününü şagirdlərlə keçirib

Daha iki deputat Bilik gününü şagirdlərlə keçirib

15 Sentyabr 2012, 19:38

Şamaxının millət vəkili Elxan Süleymanov yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq  Elşən Hüseynov adına Şamaxı şəhər 2 saylı tam orta məktəbdə və rayonun Saleh Heydərov adına Dəmirçi kənd tam orta məktəbi və Cavanşir İslamov adına Ərçiman kənd əsas məktəbində olub. Müəllim və şagird heyətini Bilik günü münasibətilə təbrik edən millət vəkili Şamaxı şəhər 2 saylı orta məktəbə səsgücləndirici qurğu bağışlayıb, 1-ci sinif şagirdlərinə hədiyyə dəstləri təqdim edib. Şamaxının millət vəkilinin təşəbbüsü və dəstəyi ilə Dəmirçi kənd tam orta məktəbinin binasının dam örtüyü tamamilə dəyişdirilib, Ərçiman kənd əsas məktəbinin isə iki sinif otağı təmir edilib və döşəməsi dəyişdirilib. Elxan Süleymanov hər iki məktəbə kompüter və ibtidai sinif şagirdlərinin hər birinə hədiyyə dəstləri bağışlayıb. Millət vəkili Bilik günü mərasimində iştirak etdiyi hər üç məktəbə Azərbaycanın böyük şairi M.Ə.Sabirin Bakıdakı abidəsinin çərçivəyə salınmış böyük fotosunu təqdim edib.

***

15 sentyabr - Bilik günündə İmişli rayonunun Ağaməmmədli, Bəcirəvan və Qaragüvəndikli kəndlərində yeni inşa olunmuş kənd tam orta məktəblərinin açılış mərasimi keçirilib. Mərasimdə ictimaiyyət nümayəndələri və məktəb kollektivi ilə yanaşı, İmişli rayonu İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev və 80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə Milli Məclisin deputatı Çingiz Qənizadə də iştirak edib. Tədbirdə millət vəkil Çingiz Qənizadə çıxış edib, yeni istifadəyə verilən məktəblərin açılış mərasimi ilə bağlı məktəbliləri və pedaqoji kollektivi təbrik edərək onlara yeni dərs ilində müvəffəqiyyətlər arzulayıb. Yeni inşa olunan və müasir tələblərə cavab verən məktəblərin istifadəyə verilməsini təhsilə göstərilən dövlət qayğısının əyani təzahürü kimi qiymətləndirən  millət vəkili, dövlət tərəfindən İmişli rayonunun digər kəndlərində də yeni orta məktəblərin tikintisinin və təmir-bərpa işlərinin davam edəcəyini qeyd edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?