Arxiv
21 Aprel 2021, 11:52 | ÖLKƏ
Rusiya “əsir məsələsi”ndə Ermənistanı DƏSTƏKLƏMƏDİ

Ümumilikdə, əsir məsələsinin müzakirəsinə 21 nəfər "yox" deyib. 93 nümayəndə məsələnin müzakirəsini dəstəkləyib, 18 nəfər səsverməyə qatılmayıb

Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) 12 üzvdən ibarət heyəti “erməni əsirlər” məsələsinin (əslində diversantlsar-red.) qurumda müzakirəsini dəstəkləməyib. 12 üzvdən 5-i məsələnin əleyhinə səs verib, 7-si isə səsvermədə iştirak etməyib.

Modern.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Ermənistan xidməti məlumat yayıb.


Məlumata görə, Rusiyanın nümayəndə heyəti praktik olaraq tam heyətlə Türkiyədə demokratiyanın da AŞPA-da müzakirəsinə qarşı çıxıb və bununla faktiki olaraq, rəsmi Ankaranı dəstəkləyib.


Ermənistanın strateji müttəfiqi sayılan Rusiya niyə Azərbaycanda saxlandığı deyilən “erməni əsirlər” məsələsinin Strasburqda müzakirəsini dəstəkləməyib?

Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan deyib ki, baş verənləri Rusiya nümayəndə heyətinin rəhbəri Pyotr Tolstıy ilə müzakirə edib.


Ümumilikdə, “əsir məsələsi”nin müzakirəsinə AŞPA-da 21 nəfər "yox" deyib. 93 nümayəndə məsələnin müzakirəsini dəstəkləyib, 18 nəfər səsverməyə qatılmayıb.


Aprelin 20-də AŞPA-nın yaz sessiyasında hansı məsələlərin müzakirə çıxarılması üzrə qərar verilib. İki məsələ – Rusiyada müxalifətçi Aleksey Navalnının həbsi və Türkiyədə demokratik institutların fəaliyyəti təcili məsələlər sayılıb. “Erməni əsirlər”, Rusiyanın Avropada sülhə yaratdığı təhdid cari məsələlər sırasında yer alıb. Etirazlar olan məsələlər müzakirəyə çıxarılıb.


Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov “erməni əsirlər” məsələsinə etiraz etdiyindən səsvermə keçirilib.

Azərbaycan ötən il Ermənistanla 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsi və ətraf 7 rayona nəzarəti geri alıb. Amma qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin ötən il noyabrın 10-da imzaladığı atəşkəs razılaşmasının 8-ci bəndində hərbi əsirlərin qaytarılması nəzərdə tutulur. Azərbaycan indiyədək qarşı tərəfə hərbi əsirlərin hamısını qaytardığını, hərbi əməliyyatlar bitəndən sonra saxlananların isə əsir deyil, terrorçu olduğunu bildirir.

Hərbi əməliyyatlar bitəndən sonra saxlanılan terrorçuların 72 nəfər olduğu bildirilir.

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov martın 15-də bir daha bəyan edib ki, Azərbaycan bütün hərbi əsirləri qarşı tərəfə qaytarıb, digər saxlananlar üçtərəfli atəşkəs bəyanatı imzalanandan sonra - 26 noyabrda Azərbaycanın işğaldan azad olunmuş ərazisinə Ermənistanın Şirak vilayətindən gələnlərdir:

"Həmin şəxslər terror əməlləri törədilib, onlar barəsində Azərbaycanda istintaq əməliyyatları davam etdirilir".

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ramazanın 25-ci günün duası - İmsak və iftar vaxtı 8 May 2021, 04:02 Gəncədə oğul anasını bıçaqladı 8 May 2021, 01:00 Bayden Putinlə görüşəcəyinə əmindir 8 May 2021, 00:51 Keçmiş pilot Putinin təyyarədəki davranışından danışdı 8 May 2021, 00:35 Abşeronda dəhşətli hadisə - maşınlar piyadanın üstündən keçdi 8 May 2021, 00:18 Prezidentin köməkçisi Şuşadan şəkillər PAYLAŞDI 8 May 2021, 00:05 Rusiya MN-dən sülhməramlılarla bağlı AÇIQLAMA 7 May 2021, 23:53 “Rusların acığına Njde kimi faşistlərə abidələr ucaldılır” - Jirinovski 7 May 2021, 23:37 Azərbaycan səfirliyindən Latviya Seyminə ETİRAZ 7 May 2021, 23:23 Çempionlar Liqasının finalı İstanbulda keçirilməyə bilər 7 May 2021, 23:10 Misirdə “Xarı bülbül” sərgisi - FOTO 7 May 2021, 22:59 Erməni deputat xalqa çağırış etdi: "Qarabağı unudun" 7 May 2021, 22:47 Türkiyədə yoluxma və ölüm sayında azalma 7 May 2021, 22:33 Prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilir 7 May 2021, 22:21 UEFA-dan Avropa Super Liqasına qoşulan klublarla bağlı QƏRAR 7 May 2021, 22:09 ÜST Çinin daha bir peyvəndini təsdiqlədi 7 May 2021, 21:58 BAMF-la Brüssel Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı 7 May 2021, 21:45 Rusiyanın Xalq artisti vəfat etdi 7 May 2021, 21:34 İlham Əliyev bu fərmanı ləğv etdi 7 May 2021, 21:21 “Elektron prokurorluq” informasiya sistemi yaradılacaq 7 May 2021, 21:08 Şəhid ailələri bu ödənişdən azad olundu 7 May 2021, 21:06 Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı 7 May 2021, 20:56 Ağsaqqallar Şurasının rayon təşkilatlarının konfransları keçirilib - FOTO 7 May 2021, 20:42 Ərdoğanla Putin arasında “Sputnik V” müzakirəsi 7 May 2021, 20:33 Azərbaycanda bu qəzetin adı dəyişdirildi 7 May 2021, 20:20 Nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələri faydalanacaq - Nazir 7 May 2021, 20:06 Məktəblərdə dərslər qismən bərpa olunur - QƏRAR 7 May 2021, 19:43 Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib 7 May 2021, 19:19 3 hakimin səlahiyyətlərinə xitam verilib 7 May 2021, 19:06 İncəsənət xadimlərinə mükafatlar verilib - ADLAR 7 May 2021, 18:58 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib 7 May 2021, 18:53 Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi - 7 May 2021, 18:49 “Azəriqaz” yanında İctimai Şuraya seçkilər başa çatdı – ÜZVLƏR 7 May 2021, 18:38 Milli Məclisdə Heydər Əliyevin 98 illiyinə həsr edilmiş tədbir - Fotolar 7 May 2021, 18:15 Amerika Asiyada yeni NATO təsis edir - TƏHLİL 7 May 2021, 18:07