Modern.az

Hüseynbala Mirələmovun biabırçı görüntüləri yayıldı - VİDEO

Hüseynbala Mirələmovun biabırçı görüntüləri yayıldı - VİDEO

21 Aprel 2021, 22:37

Sabiq deputat Hüseynbala Mirələmovun sosial şəbəkələrdə görüntüləri  yayılıb.

 

Modern.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, həmin görüntülərdə keçmiş deputat gənc xanıma qarşı biabırçı hərəkətlər edib. Bu, Mirələmovun onlayn tədbirə qoşulması zamanı baş verib.

 

Sözügedən görüntülər qısa müddət ərzində sosial şəbəkələrdə geniş yayılıb və 75 yaşlı deputatın bu hərəkəti müzakirələrə səbəb olub. Ahıl yaşda birinin gənc xanıma qarşı bu cür davranışı birmənalı qarşılanmayıb.

 

Belə ki, 30-dan artıq bədii və publisistik kitabın müəllifi olan yazıcı və professor tənqidlərə qonaq edilib. Bildirilib ki, onun bu davranışı müəllifi olduğu kitabların adı ilə eynidir - "Xəcalət", "Utanc", "Mənəviyyatın ekologiyası"...

 

Qeyd edək ki, H.Mirələmov 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2008-ci ildən isə YAP Xətai rayon təşkilatının sədridir.  O, 2005, 2010 və 2015-ci illərdə 33 saylı Xətai birinci seçki dairəsindən III, IV və V çağırış Milli Məclisə deputat seçilib. Sabiq deputat YAP-ın son qurultayında Veteranlar Şurasının üzvü seçilib.

 

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...