Modern.az

Məhkəmə Nigar Yaqublunu azadlığa buraxmadı

Məhkəmə Nigar Yaqublunu azadlığa buraxmadı

Aktual

17 Sentyabr 2012, 12:35

Bu gün Sumqayıt Apelyasiya Məhkəməsində Müsavat fəalı, başqan müavininin qızı  Nigar Yaqublu ilə bağlı apellyasiya şikayətinə baxılıb.

Məhkəmə Nigar Yaqublu barədə həbs-qətimkan tədbirini dəyişdirilməyib və onun azadlığa buraxılması haqda qərar verilməyib.

Bu barədə Modern.az-a onun atası Tofiq Yaqublu məlumat verib.

N.Yaqublu avqustun 25-də Bakı-Şamaxı yolunun 13-cü kilometrliyində müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən qəza ilə bağlı həbs olunub. Daxili İşlər Nazirliyinin məlumatında Aydın Acalovun avtomobilini Nigar Yaqublunun idarə etdiyi və qəzanın onun təqsiri üzündən baş verdiyi qeyd olunub. Məlumatda qeyd olunub ki, sentyabrın 10-da N.Yaqublu cinayət-prosessual qanunvericiliyinin tələblərinə müvafiq qaydada şübhəli şəxs qismində tutulub, ona həmin maddə ilə ittiham elan olunaraq Abşeron rayon Məhkəməsi tərəfindən barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı