Modern.az

Müqəddəs yerlərə ziyarətlərin təşkili qaydası müəyyənləşir

Müqəddəs yerlərə ziyarətlərin təşkili qaydası müəyyənləşir

23 Aprel 2021, 14:20

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

 

Modern.az xəbər verir ki, layihəyə əsasən, xarici ölkələrdə yerləşən və müvafiq din üçün müqəddəs hesab edilən yerlərə ibadət məqsədilə dindarların mütəşəkkil şəkildə ziyarətləri müvafiq dini mərkəzlər (idarələr) tərəfindən həyata keçirilir.

 

Bu barədə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməlidir.

 

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi I oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü