Arxiv
18 Sentyabr 2012, 12:55 | ÖLKƏ
“Əbdürrəhman Vəzirov da Azərbaycana gələ bilər”

Partiya sədri onun vətənə qayıtmasına münasibət bildirib...


Eks-prezidentlər haqqında qanunun qəbulundan sonra keçmiş prezident Ayaz Mütəllibov vətənə döndü. Eks-prezident indi Mərdəkanda yerləşən bağ evində dincəlir. Bəs görəsən, A.Mütəllibovun ötən əsrin 90-cı illərində həbs olunan silahdaşlarının taleyi necə olacaq?

Bu barədə Modern.az saytına açıqlama verən Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə bildirib ki, Ayaz Mütəllibovun ətrafında olanlardan heç biri həbs edilməyib. “Kimsə vaxtilə  həbs edilibsə də, hamısı azad olunub”, – deyə o bildirib.

Xatırladaq ki, hazırda Moskvada kifayət qədər keçmiş mütəllibovçu aqibətlərinin necə olacağı qayğısındadır.

90-cı illərdə Azərbaycanı tərk edən siyasi simalar arasında Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olmuş Əbdürrəhman Vəzirovun da adı unudulmamalıdır. Onun vətənə qayıtmasına münasibət bildirən A. Əlizadə sözügedən şəxsin Azərbaycanda demək olar ki, yaşamadığını bildirib. ASDP sədrinin sözlərinə görə, Ə. Vəzirov 70-ci illərdən Azərbaycanı tərk etmiş siyasi simalardandır.

“O, heç bir işi həll etmirdi. Qısa müddətdə Kommunist Partiyasının birinci katibi olub. Əgər Xalq Cəbhəsinin liderləri azadlıqdadırlarsa və Azərbaycanda sərbəst yaşayırlarsa, Əbdürrəhman Vəzirovun da Azərbaycanda yaşamaq hüququ var. O bədbəxt insandır. Heç vaxt nə birinci katib oldu, nə də Azərbaycan xalqının oğlu”.

Qısa arayış: Əbdürrəhman Xəlil oğlu Vəzirov (26 may 1930) – sovet və Azərbaycan siyasi xadimi, diplomatı. Azərbaycan SSR KP MK-nın 13-cü birinci katibi (1988-1990), SSRİ-nin Nepalda (1979-1985) və Pakistanda (1985-1988) səfiri olub. 1988-ci il mayın 21-dən 1990-cı il yanvarın 20-nədək Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi vəzifəsini tutub. Sovet qoşunlarının 1990-cı il yanvar ayının 20-də Azərbaycana daxil olmasının və yüzlərlə günahsız insanın qanını axıtmasının qarşısını ala bilməyib. Yanvar qırğınından bir qədər əvvəl vəzifəsini tərk edib. 20 yanvar hadisələri ilə bağlı Azərbaycanda açılmış cinayət işində ittiham olunan şəxslərdən biridir.

Hazırda Əbdürrəhman Vəzirov Moskvada yaşayır. 2007-ci ildə Əbdürrəhman Vəzirovun prezident İlham Əliyevə müraciət formasında sensasiyalı açıqlaması yayılıb. Azərbaycan Kommunist Partiyasının keçmiş birinci katibi İlham Əliyevə müraciətində Bakıya dönmək və ona kömək etmək istədiyini “qeyd edib”. Lakin ertəsi gün o, bu xəbərin doğruluğunu təkzib edib və bunu özünə qarşı təxribat adlandırıb.

2007-ci ilə aid həmin müraciətdə Ə.Vəzirov İlham Əliyevi atasından da güclü, gənc, cəsarətli, özünəməxsus, qəti addımlara qabil siyasətçi adlandırıb.
“Azərbaycan xalqı öz prezidentini sevir və onun ətrafında sıx birləşib”-deyə o, bildirib.

Ə.Vəzirov “Mənim diplomatik fəaliyyətim” (“Моя дипслужба”) adlı kitabın müəllifidir. Öz memuarında o, Hindistan, Nepal, Pakistandakı 12 illik işi ilə bağlı xatirələri yer alıb. “Tibet və Çin üzrə mütəxəssis” adlandırılan Ə.Vəzirov Pakistanın mərhum baş naziri Bənəzir Bhuttonun toyunda iştirak eləmiş yeganə səfir şöhrəti tapıb. O, Rusiyanın tanınmış simaları Qroqoroviç, Primakov, Paxmutova, habelə SSRİ-nin ilk kosmonavtı Y. Qaqarinlə dostluğu ilə tanınır.

Haqqında cinayət işinin mövcud olmasına baxmayaraq, 1992-ci ildə anasının ölümü ilə əlaqədar Ə.Vəzirov bir dəfə Azərbaycana gəlmək hüququ qazanıb. Bu, Ə. Elçibəyin prezidentlik dönəmində baş verib.

Ə.Vəzirovun Eldar adlı bir oğlu var. Onun həyat həyat yoldaşı İrina Konstantinovna milliyətcə rusdur. Əbdürrəhman Vəzirov 82 yaşındadır.

Ə.Vəzrovun ən sonuncu şəklini Modern.az saytı bu ilin aprelində yayıb. O, bu il aprelin 29-da Moskvadakı Milllətlər evində “Şəhriyar” ədəbi-mədəni cəmiyyəti tərəfindən keçirilən tədbirdə iştirak edib. Bu, uzun illərdir Moskvada yaşayan tanınmış azərbaycanlı yazıçı Çingiz Hüseynovun “Fatalnıy Fatali” kitabının təkmilləşdirilmiş təkrar nəşrinin təqdimat mərasimi olub.
Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının, ictimai fəalların qatıldığı tədbirdə Əbdürrəhman Vəzirov da iştirakı bəziləri üçün gözlənilməz olub.

Tədbirdə yaxşı əhval-ruhiyyədə olan Vəzirov jurnalistə hər hansı açıqlama verməkdən imtina edib. Azərbaycanın keçmiş rəhbəri çox kəskin şəkildə bundan sonra kimsəyə müsahibə vermək fikrində olmadığını vurğulamışdı.

Əhvalı yerində olan Ə.Vəzirov yazıçı Çingiz Hüseynovun “Fatalnıy Fatali” kitabının təqdimatından sonra təşkil olunan furşetə qatılmış, qonaqlarla ünsiyyətdə olmuş, deyib-gülmüşdü.



Anar Kəlbiyev
 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mirzə Ələkbər Sabirin ölüm yatağında DEDİKLƏRİ... 30 May 2020, 14:45 “İşğalçılar qədər mütəşəkkil qaydada iş aparmırıq” - Qənirə Paşayeva 30 May 2020, 14:34 Peşə təhsili müəssisələrində attestasiyasının aparılması qaydaları TƏSDİQLƏNDİ 30 May 2020, 14:00 AXCP-nin daha bir fəalı həbs olundu 30 May 2020, 13:54 “Subay oğlunu müharibədə itirən axund azan səsinə rəqs etdikdən sonra cənazəni yumağa başladı” 30 May 2020, 13:50 Azərbaycanda vəzifəli şəxs bıçaqlandı 30 May 2020, 13:45 Milli Məclisin sabahkı iclasının gündəliyi DƏYİŞDİ 30 May 2020, 13:37 Fransa senatoru İlham Əliyevə təşəkkür etdi 30 May 2020, 13:30 Maska taxmamağa görə cərimə məbləğləri açıqlandı - RƏSMİ 30 May 2020, 13:22 “07”lərə qənim kəsilən oğru saxlanıldı - FOTO 30 May 2020, 13:15 İstixanada narkotik becərən şəxs saxlanıldı - FOTO 30 May 2020, 13:08 Sabahın havası - güclü külək əsəcək, yağış yağacaq 30 May 2020, 13:00 Azərbaycanda polis bıçaqlandı - FOTO 30 May 2020, 12:53 Azərbaycan-Rusiya sərhədindəki sıxlıqla bağlı - Rəsmi açıqlama 30 May 2020, 12:45 Şokoladın tərkibi, sağlamlığa fayda və zərərləri 30 May 2020, 12:37 Bakı belə dezinfeksiya olundu - FOTOLAR 30 May 2020, 12:30 Zakir Həsənov generalları topladı - Ermənistana hərbi MESAJ verildi 30 May 2020, 12:23 Sədərək Ticarət Mərkəzi açılır - Obyektə maskasız giriş qadağan olundu 30 May 2020, 12:15 " AYB-nin bölmələri, dövri nəşrləri olduqca bərbad durumdadır” – Emil Rasimoğlu ilə “Şənbə söhbəti”   30 May 2020, 12:07 "COVİD 19" pasportu nə vaxt tətbiq olunacaq? - TƏBİB-dən AÇIQLAMA 30 May 2020, 12:00 İlham Əliyevin gördüyü işlərin, həyata keçirdiyi layihələrin əsasını insan faktoru təşkil edir - Deputat   30 May 2020, 11:53 Deputatlar sabah 11 məsələ barədə QƏRAR verəcəklər 30 May 2020, 11:45 Merkel Trampın dəvətini rədd etdi 30 May 2020, 11:38 Orqanizmi ən yaxşı təmizləyən MƏHSULLAR 30 May 2020, 11:30 Ermənistanda koronavirusa yoluxanların sayı 9 minə çatır 30 May 2020, 11:23 “Sülh danışıqları elə bərbad vəziyətdədir ki...” - Hərbi icmalçı Qarabağa lokal zərbələr endirməyi TƏKLİF EDİR 30 May 2020, 11:14 DOST-un xidmətlərindən qaradağlılar da faydalanacaq 30 May 2020, 11:05 Azərbaycanda koronavirusa yoluxanlar bu xəstəxanalarda müalicə alır - SİYAHI 30 May 2020, 10:57 “Bədbəxtlik oradadır ki, bizdə hər kəs özünə çalışır...” - Fikrət Qoca ilə yubiley SÖHBƏTİ 30 May 2020, 10:50 Su hovuzunda narkotik yetişdirdi - FOTOLAR 30 May 2020, 10:45 Şıntır-mıntır 30 May 2020, 10:42 “Ermənilər məni iki dəfə öldürmək istəyiblər” - Qarabağ həqiqətlərini yayan afrikalı “İbo kardeş” - MÜSAHİBƏ 30 May 2020, 10:37 Azərbaycan nefti bahalaşdı   30 May 2020, 10:30 Bakıda növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılır 30 May 2020, 10:22 Vilayət Eyvazov Neftçalaya yeni rəis TƏYİN ETDİ 30 May 2020, 10:14