Modern.az

Döyülən gəlin qayınanasından şikayətçi olmadı - VİDEO

Döyülən gəlin qayınanasından şikayətçi olmadı - VİDEO

28 Aprel 2021, 14:58

“Lənkəranın Yuxarı Nüvədi kəndində yaşayan 1990-cı il təvəllüdlü Rəmziyyə Qurbanova qayınanası 1946-cı təvəllüdlü Girdənaz Qurbanovadan şikayətçi olmadığını bildirib”.


Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

 

Məlumata görə, gəlin həmçinin ekspertizadan keçməkdən də imtina edib:

“O, aldığı xəsarətlər və hamilə olub-olmaması ilə bağlı ekspertizaya dəvət edilib. Lakin bundan imtina edib və qayınanasından şikayətçi olmadığını deyib. Gəlinin əri isə polisə ailə işinə qarışmamağı tövsiyə edib”.

 

DİN-in məlumatında bir daha bildirilib ki, qayınana ruhi xəstədir və araşdırma nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, gəlinin qayınanası tərəfindən döyülməsi sosial şəbəkələrdə ciddi rezonans doğurub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir