Arxiv
28 Aprel 2021, 15:40 | İQTİSADİYYAT
Qiymətlər niyə qalxır? - Ekspert səbəblər və çıxış yolu GÖSTƏRDİ

“Qiymət artımı ilə bağlı problemlərin həllində irəlləyişlər olmalıdır.  Yeganə obyektiv səbəb odur ki, dünyada da ərzaq indeksində ciddi artım müşahidə olunur. Pandemiya ilə əlaqədar olaraq ölkələrin qapanması və daxildəki ərzaq təhlükəsi ilə bağlı müəyyən qadağaların olması dünyada ərzaq indeksini təqribən 10%-ə yaxın artırıb. Bu addım bütün dünyada özünü göstərir”.

Bu sözləri Modern.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli ölkədə ərzaq məhsullarının qiymətinin artması haqda danışarkən deyib.


Ekspert qeyd edib ki, Azərbaycanda daha çox ərzaq qiymətlərinin qalxmasına təsir edən subyektiv amillərdir:


“Bunların əsas səbəbi təbii ki, inhisarçılıqla bağlıdır. Çünki ölkədə ərzaq istehsalı ilə məşğul olan şirkətlərin sayı çox azdır. Bunlar da bazarda dominant rola malikdir. Ona görə də qiymət indeksin həyata keçirə bilirlər. İdxalla məşğul olan şirkətlərin də sayı azdır. Bizdə əsas problem topdan satış ticarətindədir. Qiymətlərin artımı müşahidə olunur deyə pərakəndə satışda da qiymətlər yüksəlir. Bu da inhisarçılıqla, həm məmur biznesi ilə, həm də gömrük-vergi siyasəti ilə bağlı məsələdir”.


Onun sözlərinə görə, bu kimi halların aradan qaldırılması üçün dövlət tədbirlər görməlidir:


“Bu demək deyil ki, qiymətlərin formalaşmasında dövlət rol oynasın. Bunun fəsadlarını bilirik. SSRİ dövründə qiymətləri dövlət tənzimləyəndə ərzaq məhsullarının necə piştaxtalardan yoxa çıxdığını yaşlı nəsil yaxşı xatırlayır. Yeni örnəyi də var. Fevral ayında Rusiyada günəbaxan yağının qiymətini dövət təyin elədi, nəticədə məhsul piştaxtalardan yoxa çıxdı. Sonradan daha baha qiymətə piştaxtalara qayıtdı.

Azərbaycanda isə düşünmürəm, belə qərarlara ehtiyac var. Dövlətin müdaxilə etməsi doğru olmaz. Amma dövlətin əlində çox yaxşı alətlər var. Bu alətlər də gömrük və vergi rüsumlarıdır. Azərbaycanda istehsalı olmayan ərzaq məhsullarının gömrük rüsumları ilə bağlı yeni qərarların alınmasına ehtiyac var. Bir çox ərzaq məhsulları ölkəyə 15% gömrük rüsumu və 18% əlavə dəyər vergisi ilə idxal olunur.  Bu da məhsulların qiymətlərin təqribən 35% artım gəlməsi deməkdir. Ona gör, gömrük və vergi siyasətinə yenidən baxılmalıdır. Ölkədə istehsalı olmayan və yaxud çox az istehsalı olan ərzaq məhsullarına gömrük və vergi güzəştləri tətbiq edilsə, bazarda müəyyən qədər sabitlik yarana bilər. Bundan başqa, çoxlu sayda oyunçuların bazara daxil olması üçün şarait yaradılmalıdır ki, rəqabətli mühit artsın. Dünyanın hər yerində məhs rəqabətli mühit qiymətlərin tənzimlənməsində mühüm rol oynayır”.

 

Aysel Məhərrəmova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qırmızı işıqda keçən maşın qəza törətdi - FOTO 15 İyun 2021, 00:37 Polşalı qapıçı tarixə düşdü 15 İyun 2021, 00:23 Ərdoğan Azərbaycana yola düşdü 15 İyun 2021, 00:08 Azərbaycanda Milli Qurtuluş Günüdür 15 İyun 2021, 00:01 “Türkiyə ilə ABŞ arasında həqiqi irəliləyiş əldə edəcəyik” - Bayden 14 İyun 2021, 23:53 Ərdoğan Baydeni Türkiyəyə dəvət etdi 14 İyun 2021, 23:37 Ruslar erməniləri Kəlbəcər və Xocavəndə APARDI 14 İyun 2021, 23:25 İngiltərədə koronavirusla bağlı məhdudiyyətlərin ləğvi təxirə salındı 14 İyun 2021, 23:14 Əli Əsədov iclas keçirdi - FOTO 14 İyun 2021, 23:03 Ağstafada "Son zəng" bıçaqlanma ilə başa çatdı 14 İyun 2021, 22:56 Ərdoğan Qarabağla bağlı NATO-dan dəstək istədi 14 İyun 2021, 22:49 Uels futbolçuları Bakıda gəzintiyə çıxdılar - FOTO 14 İyun 2021, 22:38 Polis əməkdaşını maşın vurdu 14 İyun 2021, 22:29 “Əlini daşın altına qoymaq vaxtıdır” - Ərdoğan Baydenlə görüşdən danışdı 14 İyun 2021, 22:18 Polşa Slovakiyaya məğlub oldu - AVRO-2020 14 İyun 2021, 22:05 Türkiyədə koronavirusa yoluxan və ölənlərin sayı artdı 14 İyun 2021, 21:58 “Ərdoğanla çox yaxşı bir görüşümüz oldu” - Bayden   14 İyun 2021, 21:44 Büdcə gəlirləri 9,735 milyard manatı ötüb 14 İyun 2021, 21:37 Ərdoğanla Baydenin görüşü başa çatdı - FOTO 14 İyun 2021, 21:28 NATO-dan Türkiyəyə minnətdarlıq 14 İyun 2021, 21:20 Rəşad Nəbiyevə yeni müavin təyin edildi 14 İyun 2021, 21:06 Braziliyada şəhid jurnalistlərlə bağlı bəyanat yayıldı - FOTO 14 İyun 2021, 20:55 Dövlət başçısı Daşaltıda tunelin təməlini qoydu - FOTO 14 İyun 2021, 20:45 Prezident Zəfər yolundakı körpü ilə tanış olub - FOTO 14 İyun 2021, 20:34 Prezident və xanımı “Füzuli” yarımstansiyasının açılışında - FOTO 14 İyun 2021, 20:15 "Köndələnçay su anbarı bizim əlimizdədir və əbədi bizim əlimizdə olacaq" - İlham Əliyev 14 İyun 2021, 20:07 Prezident: Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır 14 İyun 2021, 19:47 BTC ilə nəql olunan neftin həcmi AÇIQLANDI 14 İyun 2021, 19:38 Ceyhun Bayramov Britaniyanın Dövlət Naziri ilə telefonla danışıb 14 İyun 2021, 19:25 Ulu öndərlə unudulmaz üç görüş - FOTOLAR 14 İyun 2021, 19:19 Azərbaycanda peyvənd olunanların SAYI... 14 İyun 2021, 19:01 Daha 119 nəfər COVID-19-dan sağalıb, 25 nəfər yoluxub 14 İyun 2021, 18:54 Azərbaycanda qaz hasilatı artıb 14 İyun 2021, 18:44 Füzulidə yol qəzası: 1 ölü 14 İyun 2021, 18:23 Orta aylıq əmək haqqının məbləği azalıb - RƏSMİ 14 İyun 2021, 18:19
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?