Modern.az

Lerikdə üç uşaq anası amansızlıqla qətlə yetirildi

Lerikdə üç uşaq anası amansızlıqla qətlə yetirildi

28 Aprel 2021, 20:32

Lerik rayonunda üç uşaq anasının boğazı kəsilərək qətlə yetirilib.

 

Modern.az xəbər verir ki, hadisə Barzavu kəndində qeydə alınıb.

 

Belə ki, təxminən 40-45 yaşlarında olan Zəkifə Feyruz qızı Qəmbərova evində boğazı kəsilmiş vəziyyətdə aşkar olunub. Qadının kiçik oğlu evə gələndə anasını ölmüş vəziyyətdə görüb, qohumlara xəbər verib. Qətlə yetirilən qadının həyat yoldaşı Rusiyada yaşayır. Övladlarından kiçiyi anası ilə birlikdə qalır.

 

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Mərhumun üzərində zorakılıq əlamətlərinin müşahidə olunduğu bildirilir.

 

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır (report).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı