Arxiv
29 Aprel 2021, 16:18 | TƏHSİL
12 nəfər hərarətə, 4 nəfər mobil telefona görə imtahana buraxılmadı – DİM

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilib.


Modern.az
xəbər verir ki, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.


29 aprel 2021-ci il tarixində Naxçıvan MR-də, Bərdə, Göyçay, Göygöl, Lerik, Qusar, Sabirabad, Şəmkir rayonlarında, Şəki şəhərində yerləşən ümumtəhsil müəssisələrinin məzunları üçün  Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.


Bu gün, həmçinin Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrində – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, ingilis və ya fransız dilli məktəblərdə təhsil alan şagirdlər üçün də imtahan keçirilib.


İmtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, serebral iflic və s.) 54 şagird iştirak edib. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.


İmtahanların təşkil edilməsi üçün ümumilikdə 69 imtahan binası, 1024 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 69 ümumi imtahan rəhbəri, 166 imtahan rəhbəri, 1271 nəzarətçi–müəllim, 116 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 69 bina nümayəndəsi ayrılıb.


İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İlkin məlumatlara əsasən 12 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb.


4 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.


Aprelin 30-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. 


İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlik göldə batan hərbçinin axtarışına BAŞLADI 18 İyun 2021, 09:30 “Kənddən Şəhərə” yarmarkaları təşkil olunur - ÜNVANLAR 18 İyun 2021, 09:25 Neft ucuzlaşdı 18 İyun 2021, 09:20 Bakı küçələrində oğurlanan milyonlar, qanunsuz sərnişindaşımaları, ölüm qəzaları - ARAŞDIRMA 18 İyun 2021, 09:15 Bərdədə kombayn YANDI 18 İyun 2021, 09:08 Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası 18 İyun 2021, 09:03 Manatın xarici valyutalara qarşı məzənnəsi 18 İyun 2021, 09:00 Türkiyə 84 miqrantı xilas etdi 18 İyun 2021, 08:51 Ermənistan ordusu Xankəndidən könüllü çıxmasa… 18 İyun 2021, 08:45 İranda prezident seçkiləri keçirilir 18 İyun 2021, 08:14 Niderland 1/8 finalda 18 İyun 2021, 00:58 İsrail qırıcıları Qəzzanı bombaladı 18 İyun 2021, 00:54 Azərbaycan və Gürcüstan XİN rəhbərləri Antalyada görüşəcək 18 İyun 2021, 00:48 Putin Dumaya seçkilər təyin etdi 18 İyun 2021, 00:34 Teledərslərin bu günə olan CƏDVƏLİ 18 İyun 2021, 00:20 Zaxarova Rusiya jurnalistlərinə münasibəti pislədi 18 İyun 2021, 00:06 Gülüstan sarayı yaxınlığında yanğın - FOTO 17 İyun 2021, 23:52 Moskvada sürətlə yayılan aqressiv koronavirus növü aşkarlandı 17 İyun 2021, 23:37 Türkiyədə daha 62 nəfər virusdan öldü 17 İyun 2021, 23:23 Paytaxtda ər arvadını bıçaqladı 17 İyun 2021, 23:14 BMT baş katibi Bayden-Putin görüşünü alqışladı 17 İyun 2021, 23:03 Bakıda qardaş bacısını bıçaqladı 17 İyun 2021, 22:48 81 yaşlı qadının pulunu oğurlayan şəxs saxlanıldı - FOTO 17 İyun 2021, 22:35 FHN ölkə ərazisindəki yanğınların səbəbini açıqladı 17 İyun 2021, 22:22 Mahir Emreli debüt matçında het-trik etdi 17 İyun 2021, 22:09 Belçika 1/8 finalda 17 İyun 2021, 21:54 Avropa çempionatları tarixində ikinci ən erkən qol vuruldu 17 İyun 2021, 21:36 UEFA-dan Ronaldonun hərəkətinə reaksiya 17 İyun 2021, 21:25 “BakuBus”un avtobusu qəza törədib? - Şirkətdən açıqlama 17 İyun 2021, 21:11 Ukrayna parlamentində dava düşdü 17 İyun 2021, 20:58 Ruslar Suqovuşan-Kəlbəcər yolu ilə ermənilərə yük daşıdı - FOTO 17 İyun 2021, 20:40 İstanbulda gəmi qayıqla toqquşdu 17 İyun 2021, 20:23 Laçında həlak olan hərbçimiz dəfn edildi - FOTO 17 İyun 2021, 20:09 Ukrayna millisi ilk qələbəsini qazandı 17 İyun 2021, 20:00 Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib 17 İyun 2021, 19:54
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?