Arxiv
3 May 2021, 17:27 | AKTUAL
UNEC-ə qarşı  qarayaxma birbaşa ölkə təhsilinin inkişafına zərbədir - ARAŞDIRMA

Çağdaş Azərbaycan təhsilinin inkişaf mexanizmi əsasən bir nümunə - UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti) faktoru  üzərində göstərilir.

 

UNEC-də son 6 ildə edilən dəyişiklər Azərbaycan ali təhsil sistemi üçün inqilabi xarakter daşıyır.

 

Universitetin əsas uğurları, ümumiyyətlə qayəsinin dəyişməsi və UNEC brendinin yaranması, sonradan isə inkişaf etməsi professor  Ədalət Muradovun adı ilə bağlıdır.

 

Universitetin  inkişaf proqramının istiqamətləri rektor, professor Ədalət Muradovun rəhbərliyi ilə hazırlanmış “UNEC – 100” inkişaf strategiyasında özünün geniş əksini tapıb.  Bu strategiyada universitetin fəaliyyət istiqamətləri, resurslar, missiya, gələcəyə baxış və əsas dəyərlər, maliyyələşdirmə, monitorinq qiymətləndirmə məsələləri xüsusi yer tutur.

 

“UNEC – 100” inkişaf strategiyasında əksini tapan  müddəalar son altı ildə ardıcıl və sistemli şəkildə uğurla həyata keçirilməkdədir. Ölkəmizdə ilk dəfə elektron universitet modelinə keçid, tədris prosesinin tamamilə elektronlaşdırlıması, müəllimlərin reytinqinin müəyyənləşdirilməsi, “DocNet” sisteminin və bu kimi layihələrin tətbiqi təhsil ocağına böyük şöhrət və nüfuz qazandırmışdır. UNEC-də 7 gün 24 saat fəaliyyət göstərən, eyni zamanda, 104 tələbəyə xidmət edən zəngin fonda malik, müasir resurslarla təchiz edilmiş elektron kitabxananın fəaliyyəti də diqqətəlayiqdir.

 

Lakin təəssüf ki,  Azərbaycan ali təhsil (eləcə də ümumi təhsil sistemi) adına görülən bu qədər mükəmməl işlərə xələl gətirəcək yazılar, sosial şəbəkə şayiələri bitmək bilmir. Dəyişməyən isə bir gerçəklik var: Hazırda UNEC əleyhinə qeyri-obyektiv şəkildə nəsə yazmaq, təkcə bir universitetin deyil, ümumən Azərbaycan təhsilinin çağdaş inkişaf mexanizminə qarşı çıxmaqdır:

 

Milli  Məclisin  Elm  və  Təhsil  Komitəsinin  üzvü  Ceyhun  Məmmədov AzEdu.az-a açıqlamasında  UNEC-in  uğurlu  inkişafı  ilə  digər universitetlərədən  seçildiyini  bildirib:

 

“Son  illər  ölkəmizdə  təhsil  sahəsində  mühüm  islahatlar  həyata  keçirilir. Ali  təhsil  müəssisələrinə  yeni  rektorlar  təyin  edilir, universitetlərin  özlərində  müəyyən  islahatlar  aparılır. Ümumilikdə  bu  ali  təhsil  müəssisələri  arasında  bir  sıra  universitetlərin  ciddi  inkişaf  mərhələsinə  qədəm  qoyduğunu  müşahidə  edirik. Bu  universitetlər  arasından  UNEC  fəaliyyəti  və  inkişafı  ilə  xüsusi  ilə  seçilir. UNEC  həm  distant  təhsil, həm  təhsil  keyfiyyəti, həm  də  müəllimlərin  qiymətləndirilməsi  istiqamətində  kifayət  qədər  uğurlara  nail  olub”.

 

Deputat, ali  təhsil  müəssisəsinin  gələcək  fəaliyyətinin  inkişaf  məqsədlərinə  diqqət  çəkib:

 

“Belə  desək, UNEC-in  inkişafı  ümumilikdə  Azərbaycan  təhsilinin  inkişafına  ciddi  təsirini  göstərir  və  öz  töhfəsini  verir. Hesab  edirəm  ki, Azərbaycan  Dövlət  İqtisad  Universiteti  öz  fəaliyyəti  ilə  kifayət  qədər  uğurlara  imza  atıb. Eyni  zamanda  düşünürəm  ki, ali  təhsil  müəssisəsi  olaraq  daha  böyük  uğurlara  imza  atılması  istiqamətində  səylər  davam  etdirilməlidir. Bu  inkişafın  özünü  xüsusi  ilə  də  dünya  universitetlərin  reytinq  sıralamasında  göstərməsi  arzuolunandır. İnanırıq  ki, UNEC  uğurlu  fəaliyyəti  və  inkişaf  mexanizmi  ilə  bu  məqsədə  nail  olacaq  və  daha  böyük  uğurlara  imza  atacaq”.

 

UNEC-də fəaliyyət göstərən 31 Tədqiqat Mərkəzi və onların əldə etdiyi elmi nailiyyətlər bu təhsil müəssisəsinin tədqiqat yönümlü universitetə çevrilməsinə böyük zəmin yaradıb.

 

Universitetdə fəaliyyət göstərən Elmi Tədqiqat İnstitutu, Elmi İnnovasiya Mərkəzi, Texnologiya Transfer Mərkəzi, UNEC Biznes Məktəbinin İnkişaf İqtisadiyyatı Tədqiqat Mərkəzi, Rəqəmsal İqtisadiyyat Mərkəzi və digər mərkəzlər müasir tələblər səviyyəsində iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə yeni elmi təfəkkürün və innovasiyalı iqtisadiyyatın formalaşması, fundamental elmi-tədqiqatların aparılması yüksək ixtisaslı iqtisadçılar tərəfindən öyrənilir və tədqiq edilir.

 

UNEC-də həyata keçirilən elmi-tədqiqat işləri, dünyanın nüfuzlu elmi jurnallarında, o cümlədən, “Web of Science” və “Scopus” da dərc olunan məqalələrin sayı, həmin tədqiqatlara edilən istinadlar əhəmiyyətli dərəcədə artmışdır. Nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunan məqalələrin sayı baxımından da UNEC Azərbaycanda liderdir. Reytinqə görə “Google Scholar” platformasında UNEC alimlərinin iqtisadiyyatın müxtəlif elmi istiqamət və problemləri üzrə əldə etdikləri mühüm nəticələrin 3893-nə istinad edildiyi və bu istiqamətdə bir sıra Avropa universitetlərini qabaqladığı qeyd edilmişdir. Nüfuzlu beynəlxalq nəşriyyatlarda UNEC alimlərinin çap etdirdiyi monoqrafiyaların, kitabların dünya elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilməsi də fərəhli haldır.

 

Təhsil  Nazirliyi  yanında  İctimai  Şuranın  sədri, Əməkdar elm xadimi   Şahlar  Əsgərov  UNEC-in  fəaliyyətini  yüksək  dəyərləndirdiyini  bildirib:

 

“UNEC   elə  bir  universitetdir  ki, onun  keçmişi  bizə  məlumdur. Bu  təhsil  ocağı  ali  təhsil  müəssisələrinin  beynəlxalq  reytinq  cədvəlində  öz  sözünü  demiş, təhsil  sistemi  ilə  Azərbaycan  təhsilinə  nümunə  olan  bir  universitetdir. UNEC  ona  qarşı  irəli  sürülən  bütün  qarayaxmaların  qarşısını  öz  uğurlu  və  şəffaf  fəaliyyəti  ilə  alıb. Bu  universitet  müasir  idarəetmə  sisteminə  sahibdir. O  Azərbaycan  təhsilində  gələcək  universiteti  modelini  hazırlayır.Belə  desək, XXI  əsrin  universitetini  qurur. Fəaliyyətini  hər  istiqamətdən  dəyərləndirərək  UNEC-in  fəaliyyətini  yüksək  dəyərləndirirəm”.

 

Sədr  ali  təhsil  ocağının  uğurlu  inkişafına  diqqət  çəkərək, cəmiyyəti  qarayaxmalara  inanmamağa  çağırıb:

 

“Bu  universitet  daima  inkişafa  can  atır, yeniliklər  yaradır. Hələ  pandemiyadan  əvvəl  distant  təhsil  anlayışı  ölkəmizə  yad  olduğu  müddətdə  bu  universitet  artıq  distant  təhsillə  məşğul  olurdu. Bu  səbəblə  onu  zamanı  qabaqlayan  bir  universitet  modeli  olaraq  qiymətləndirmək  olar. İstənilən  sahədə  uğurlu  fəaliyyətlərə, yenilikçilərə  qarayaxmalar  qaçınılmazıdır, bunlar  həmişə  var  və  olacaq. Bunları  nəzərə  alaraq  cəmiyyət  obyektiv  olaraq  dəyərləndirmə  aparmalı  və  bu  cür  mənfi  niyyətli  qarayaxmalara  dəstək  verməməlidirlər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şuşada Türkiyənin Baş konsulluğu açılacaq 15 İyun 2021, 17:40 “Şuşada müttəfiqlik Bəyannaməsini imzalayarkən gələcək nəsillərə yol göstəririk” - Prezident 15 İyun 2021, 17:36 “Arxa fonda yerləşən bina erməni vəhşiliyinin bariz nümunəsidir” - Ərdoğan 15 İyun 2021, 17:34 Mehriban Əliyeva Şuşada Əminə Ərdoğanla görüşdü - VİDEO 15 İyun 2021, 17:28 “Şuşa bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrini ən yüksək zirvəyə qaldırır” - İlham Əliyev 15 İyun 2021, 17:25 İlham Əliyev: “Şuşa Bəyannaməsi tarixi Qars bəyannaməsinə istinad edilir” 15 İyun 2021, 17:20 Ərdoğanla Əliyevin imzaladığı Şuşa Bəyannaməsinin DETALLARI açıqlandı 15 İyun 2021, 17:17 Prezidentlər Şuşada mətbuata birgə bəyanatlarla çıxış etdilər - VİDEO 15 İyun 2021, 17:12 Yaşasaydı bu gün 23 yaşı olacaqdı - UNEC-in şəhid MƏZUNU 15 İyun 2021, 17:07 Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsi İMZALANDI 15 İyun 2021, 17:02 “Ermənilər buraları dağıtdılar ki, biz qayıdanda tanımayaq” - Prezidentlər Şuşaya belə getdilər - VİDEO 15 İyun 2021, 16:56 Ermənistanın xarici borcu rekord həddə ÇATDI 15 İyun 2021, 16:50 Hərbçilər Milli Qurtuluş gününü qeyd ediblər 15 İyun 2021, 16:47 Gürcüstanda azərbaycanlı kişi həyat yoldaşını qətlə yetirib 15 İyun 2021, 16:42 Azərbaycanda peyvənd olunanların sayı 3 milyona çatır 15 İyun 2021, 16:36 Bu günün yoluxma sayı açıqlandı 15 İyun 2021, 16:30 Ter-Petrosyan: “Nə Koçaryan, nə də Paşinyanla koalisiya qurmayacam” 15 İyun 2021, 16:24 Şuşada Prezidentlərin təkbətək görüşü olub - FOTO 15 İyun 2021, 16:18 Ərdoğan: “Milli Qurtuluş Günündə Şuşadayıq” 15 İyun 2021, 16:12 Şuşaya gəlmiş türk sərkərdələri - Nuru paşa və Ərdoğan 15 İyun 2021, 16:06 Türkiyədə 35 milyondan çox şəxsə koronavirus vaksini vurulub 15 İyun 2021, 16:00 “Neftçi”nin Çempionlar Liqasındakı ilk oyunu bu tarixdə keçiriləcək 15 İyun 2021, 15:30 İlham Əliyev və Ərdoğan Şuşadadır - VİDEO-YENİLƏNİB 15 İyun 2021, 15:25 Sarkiasyan Paşinyanı TƏHQİR ETDİ: “Əlindən alıb başına çırpmalıyıq!” 15 İyun 2021, 15:20 Boksçularımız Avropa çempionatına yollandı 15 İyun 2021, 15:15 Avro-2020-nin bugünkü oyunlarını göstərəcək telekanallar 15 İyun 2021, 15:10 Bakıda daha bir yol təmir olunur - FOTO 15 İyun 2021, 15:05 Azərbaycan əhalisinin gəlirləri açıqlandı 15 İyun 2021, 15:00 Türkiyəli professor Ərdoğanın Şuşa səfərinin önəmindən DANIŞDI 15 İyun 2021, 14:54 Gürcüstanda Hindistan ştammına 18 nəfər yoluxdu 15 İyun 2021, 14:48 İranda son sutkada COVID-19-dan 134 nəfər öldü 15 İyun 2021, 14:42 Teledərslərin sabaha olan cədvəli 15 İyun 2021, 14:36 UNEC-də Milli Qurtuluş Günü qeyd olunub 15 İyun 2021, 14:30 Putindən 120 min azərbaycanlını sevindərəcək QƏRAR 15 İyun 2021, 14:25 “Bayrağınız hər zaman uca olsun, şanlı vətən Azərbaycan” 15 İyun 2021, 14:20
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?