Modern.az

Jurnalist yazılarında mövqeyini bildirməməlidir - Ekspert

Jurnalist yazılarında mövqeyini bildirməməlidir - Ekspert

3 May 2021, 17:49

“Bu gün ölkəmizdə hər kəs öz fikrini azad ifadə edir. Bunun üçün onlar fərqli media alətlərindən, o cümlədən onun yaratdığı imkanlardan istifadə edirlər”.


Bu sözləri Modern.az-a  açıqlamasında media eksperti Pərvanə İbrahimova  jurnalistikadakı problemlər barədə danışarkən deyib.

 

Onun sözlərinə görə, jurnalist müşahidə etdiklərini cəmiyyət üçün yazır. Cəmiyyət isə özündə fərqli təbəqələrdən, dünyagörüşündən, xarakterdən ibarət olan insanları birləşdirir.

Ona görə də jurnalist cəmiyyətdə baş verənləri təsvir etmək, hadisələrə yanaşmaq üçün çox ehtiyyatlı olmalı, öz məsuliyyətini anlamalıdır:

“Jurnalistin hazırladığı material, reportaj təsvir ediyi insanın, qrupun, təşkilatın mövqeyini əks etdirməməli, təsir altına düşməməlidir. Jurnalistin hər bir çıxışı, reportajı, yazısı dürüst, ədalətli, cəmiyyəti təmin edəcək səviyyədə olmalıdır. Hüquqi məsuliyyət jurnalistin çətin və problem yarada biləcək situasiyalarda öz hüquqlarını bilməsi başa düşülür. Ona görə də jurnalist insanların şəxsi həyatına toxunmamalı, məxfi məsələləri ictimaiyyətə çatdırana qədər çox düşünməlidir.

Şər və böhtan məsələlərində isə çox ehtiyyatlı olmalıdır. Hər iki tərəfin mövqeyini işıqlandırmalı, özü isə mövqe sərgiləməməlidir. Auditoriya üçün hazırlanan material əvvəlcədən dönə-dönə dəqiqliklə və vicdanla yoxlanılmalıdır. Təmsil etdiyi orqanı təhlükə altında qoymamalı, arzuolunmaz, təxribat yarada biləcək məlumatlardan uzaq olmaldır. Xüsusən də etik normaları gözləməlidir. Bir sözlə, cəmiyyət qarşısında məsuliyyət daşıyan jurnalist işinə hörmətlə yanaşmalıdır”.

 

 P.İbrahimova qeyd edib ki, insanlara məlumatı ötürməklə bərabər, qəbul edilən məlumatların doğruluğunu sorğulamaq da vacibdir:


“Hazırda ali məktəblərin fərqli ixtisaslarında “Media savadlılığı” fənni tədris olunur və o insanları hər növ mediadan gələn mesajları dəqiq və təsirli şəkildə qəbul etməyə istiqamətləndirir. “Media savadlılığı” insanların mediaya daxil olmasına, tənqidi qiymətləndirməsinə və manipulyasiyaya imkan yaradan tətbiqləri əhatə edir. Media savadlılığının əhəmiyyəti şüurlu media istifadəçiləri yaratmaqdır”.

Aysel Məhərrəmova

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır