Modern.az

Buraxılış imtahanında maksimum bal toplayan yeganə şagird odur - FOTO

Buraxılış imtahanında maksimum bal toplayan yeganə şagird odur - FOTO

6 May 2021, 22:38

Xəbər verdiyimiz kimi, tam orta təhsil (11 illik) səviyyəsi üzrə 15-16 aprel 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarında bir nəfər ən yüksək nəticə toplayıb.

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, imtahan iştirakçılarından Sumqayıt şəhəri Texniki və təbiət elmləri liseyinin məzunu maksimal - 300 bal toplayıb.

 

Həmin şagird 2 il əvvəl 9-cu sinif səviyyəsi üzrə buraxılış imtahanında da 296 bal toplamaqla yüksək nəticə göstərib.


Şagirdin adı da açıqlanıb. Bu, Məsimov Ruslan Rizvan oğludur. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır