19 Oktyabr 2021, Çərşənbə axşamı
Arxiv
16 May 2021, 09:31 | MƏDƏNİYYƏT
Arif Quliyev yaşasaydı...

Bir neçə gün öncə dünyasını dəyişən Xalq artisti Arif Quliyevin doğum tarixidir. Yaşasaydı, bu gün 71 yaşı tamam olacaqdı...


Modern.az-ın məlumatına görə, Arif Əli oğlu Quliyev 1950-ci il mayın 16-da indiki Şirvan şəhərində anadan olub. 1965-1968-ci illərdə Bakı Mədəni-Maarif Texnikumunun Dram və kino aktyorluğu fakültəsində, 1973-1975-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Musiqili komediya aktyorluğu fakültəsində təhsil alıb.


Əmək fəaliyyətinə 1965-ci ildə Mingəçevir Dövlət Dram Teatrında aktyor kimi başlayan Arif Quliyev 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilib. Bu teatrın səhnəsində müxtəlif xarakterli obrazlar yaradıb. Onun “Təzə gəlin”də (S.Dağlı, C.Cahangirov) Şərbətəli, “Gözün aydın”da (F.Əmirov, M.Əlizadə) Salyanski, “Durna”da (S.Rüstəmov, S.Rüstəmov) Dursun, “Gurultulu məhəbbət”də (S.Ələsgərov, S.Qədirzadə) Mürsəl, “Özümüz bilərik”də (Ş.Qurbanov, S.Ələsgərov) İbişov, “Hicran”da (S.Rəhman, E.Sabitoğlu) Dursunov, “Ev bizim, sirr bizim”də (Ş.Axundova, N.Gəncəli) Tofiq, “Məşədi İbad”da (Ü.Hacıbəyli) Hambal, “Durnalar qayıdanda” tamaşasında (Hidayət) Mirzəqulu, “Məhəbbət, şeytan və ağ ölüm”də (M.Haqverdiyev) Səbzəli və s. canlandırdığı obrazlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.


Aktyorun “Şans”, “Bığ əhvalatı”, “Qayınana”, “Lift əhvalatı”, “Yarım ştat”, “Evləri köndələn yar” və digər teletamaşalarda yaratdığı rollar da sənətkara böyük tamaşaçı rəğbəti qazandırıb.


Arif Quliyevin “Bəyin oğurlanması”, “Yaramaz”, “Bəxt üzüyü”, “O dünyadan salam”, “Qəm pəncərəsi”, “Mənim ağ şəhərim”, “Alma almaya bənzər”, “Ağ gəmi” bədii filmlərindəki obrazları onun yaradıcılıq potensialının zənginliyini ifadə edir.


Müxtəlif teatrlarda çalışan sənətkarın yaradıcılığı qiymətləndirilib, 1989-cu ildə “Əməkdar artist”, 1993-cü ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. “Humay”, “Qızıl dərviş” mükafatları və “Sənətkar” medalı ilə təltif olunan aktyor Prezidentin fərdi təqaüdçüsü idi.


Arif Quliyev 2021-ci il mayın 7-də, ömrünün 71-ci ilində vəfat edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Britaniya Parlamenti Azərbaycanı təbrik edi 19 Oktyabr 2021, 16:10 Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir 19 Oktyabr 2021, 16:04 “Narahatlıq hiss edən bütün uşaqlardan test götürülməlidir” 19 Oktyabr 2021, 15:59 Azərbaycanda yeni siyasi partiya yaradılır 19 Oktyabr 2021, 15:56 AccessBank tender elan edir 19 Oktyabr 2021, 15:53 Baş nazir QƏRAR imzaladı 19 Oktyabr 2021, 15:50 Formula-1 gələn il Bakıda bu tarixdə KEÇİRİLƏCƏK 19 Oktyabr 2021, 15:45 İlham Əliyev MEDİA işçilərinin sayını azaltdı 19 Oktyabr 2021, 15:43 Qrip və koronavirusa eyni anda yoluxma RİSKİ 19 Oktyabr 2021, 15:38 Prezident fərman İMZALADI 19 Oktyabr 2021, 15:34 II Qarabağ Müharibəsində ölən erməni məşhurlar - SİYAHI 19 Oktyabr 2021, 15:29 “Azərsu” yeni layihənin icrasına başladı - FOTO 19 Oktyabr 2021, 15:25 İlham Əliyevdən Məhərrəm Əliyevlə bağlı SƏRƏNCAM 19 Oktyabr 2021, 15:21 Bütün hədəflərimiz reallıqda öz əksini tapır 19 Oktyabr 2021, 15:16 Azad edilmiş rayonların baş planı Prezidentə təqdim ediləcək - RƏSMİ 19 Oktyabr 2021, 15:12 Prezident sabiq deputatla bağlı sərəncam VERDİ 19 Oktyabr 2021, 15:06 Nazir Kukla Teatrının direktorunu İŞDƏN ÇIXARDI 19 Oktyabr 2021, 15:00 “Ata Abdullayev məndən “iPhone 11” istədi” - MƏHKƏMƏ 19 Oktyabr 2021, 14:54 Sahibə Qafarova beynəlxlq konfransda iştirak edəcək 19 Oktyabr 2021, 14:48 11 il müəllim işləyən qadının “patı” istifadə etdiyi üzə çıxdı - VİDEO 19 Oktyabr 2021, 14:42 Narkotikə görə daha 12 nəfər saxlanıldı 19 Oktyabr 2021, 14:36 Ruslan Əliyev medianın suallarını cavablandıracaq 19 Oktyabr 2021, 14:30 Vəzifəli şəxslərdən pul tələb edən jurnalistlərin işi məhkəmədə 19 Oktyabr 2021, 14:25 Küçədə tapılan uşaq valideynləri tərəfindən döyülüb? - RƏSMİ 19 Oktyabr 2021, 14:20 ABŞ-dakı körpüdə Azərbaycan bayrağı - FOTO 19 Oktyabr 2021, 14:14 Gədəbəy və Şamaxıya dolu yağıb - FAKTİKİ HAVA 19 Oktyabr 2021, 14:10 Meyxanaçı siyasi qafiyələrə görə həbs edilib? - DİN-dən iddialara REAKSİYA 19 Oktyabr 2021, 14:05 Zooparka gedənlərin sayı 5 min nəfər olub, məktəblər niyə bağlansın?! 19 Oktyabr 2021, 14:04 Botanika İnstitutuna direktor əvəzi təyin edildi 19 Oktyabr 2021, 14:00 Ceyhun Bayramovdan Ermənistana xəbərdarlıq -  “Adekvat cavab veriləcək” 19 Oktyabr 2021, 13:54 Məktəblər yenidən bağlanır? - Nazirlikdən rəsmi cavab 19 Oktyabr 2021, 13:50 Azərbaycanda yeni televiziya kanalı yaradılacaq 19 Oktyabr 2021, 13:45 Azərbaycan Ermənistana şərtini açıqladı 19 Oktyabr 2021, 13:39 “Əl Şərq” qəzeti Azərbaycan-Qətər əlaqələrindən yazıb 19 Oktyabr 2021, 13:35 Azərbaycan Slovakiyadan minatəmizləmə maşınları gətirəcək 19 Oktyabr 2021, 13:30