Modern.az

Rusiya MN-dən sülhməramlılarla bağlı AÇIQLAMA

Rusiya MN-dən sülhməramlılarla bağlı AÇIQLAMA

7 May 2021, 23:53

"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir".

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin mayın 7-nə olan fəaliyyəti ilə bağlı məlumatında deyilir.

 

"İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

Atəşkəs bütün təmas xəttində müşahidə olunur" - açıqlamada bildirilir.

 

Məlumata görə, bu gün Rusiya sülhməramlı kontingentinin nümayəndələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin altı karvanını müşayiət ediblər: "Dördü şimal və cənub istiqamətində Laçın dəhlizindən, Şuşa - Qırmızı Bazar - Qacar marşrutu boyunca bir karvan, digəri isə əks istiqamətdə".

 

Bildirilib ki, rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edirlər:

 

"Humanitar Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizlənməsi qrupları Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi üzrə işlərini davam etdirirlər. Gün ərzində 11 bina yoxlanılıb, 5 hektar ərazi, 3 km yol təmizlənib, 2 partlayıcı maddə aşkar edilib.

Ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən bəri 2087 hektar ərazi, 643 km-dən çox yol, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1775 yaşayış binası partlamamış hərbi sursatlardan təmizlənib, 25 608 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib".

 

Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq, səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.

 

Turan ASLAN

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi