Modern.az

Lənkəranda piyadanı maşın vurdu - FOTO

Lənkəranda piyadanı maşın vurdu - FOTO

Aktual

10 May 2021, 23:43

Lənkəran rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Cil kəndi ərazisində qeydə alınıb. Belə ki, yolda hərəkət edən “VAZ-2107” markalı, 42 BL 428 dövlət qeydiyyat nişanlı avtomobil qarşısına çıxan iribuynuzlu heyvanı vurub, daha sonra istiqamətini dəyişərək yol kənarında dayanan piyada, 1949-cu il təvəllüdlü Babayev Qabil Sahib oğlunu vurub.

 

Yaralı dərhal Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Q. Babayevə kəllə-beyin travması, baş təpə nahiyəsində loskutvari yara diaqnozu qoyularaq reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır (report).

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır