Modern.az

40 kilometrlik "Zəngəzur dəhlizi" mütləq açılacaq

40 kilometrlik

Aktual

11 May 2021, 18:58

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri və səfər çərçivəsində hərbi aerodromun, həmçinin hərbi hospitalın açılışı Azərbaycanın ayrılmaz bir parçası olan, dövlətçilik tariximizdə, mədəniyyətimizdə dərin izlər buraxan Naxçıvanın və təbii ki, Azərbaycan Respublikasının təhlükəsizliyinin daha da möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.

 

Bu sözləri Modern.az saytına açıqlamasında deputat, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

Deputat qeyd edib ki, Naxçıvanda yaradılan Ümumqoşun Əlahiddə Ordusu, cənab Prezidentin də vurğuladığı kimi bəzi qabaqcıl ölkələrdən daha üstün müasir silah və texnika ilə təchiz edilib: “Naxçıvan Ümumqoşun Əlahiddə Ordusunun döyüş qabiliyyətinin nə qədər yüksək səviyyədə olduğunu 3 il öncə həyata keçirilən uğurlu Günnüt əməliyyatı da sübuta yetirdi. Həmçinin Naxçıvan Ümumqoşun Əlahiddə Ordusunun xüsusi təyinatlılarının Şuşa şəhərinin və digər yaşayış məntəqələrimizin işğaldan azad edilməsində göstərdikləri yüksək peşəkarlıq və misilsiz qəhrəmanlıq nümunələri, bütövlükdə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin nə qədər böyük Vətən sevgisinə, döyüş qabiliyyətinə və xalqımıza xas ən yüksək dəyərlərə sahib olduğunu nümayiş etdirir”.

 

Azər Kərimli Prezident İlham Əliyevin səfər çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsinə də diqqət çəkib və qeyd edib ki, dövlətimizin başçısının Naxçıvanda səsləndirdiyi fikirlərin, ifadə etdiyi mesajların böyük məna yükü və rəmzi anlamı var: 

 

“Azərbaycan Prezidenti müsahibəsində, Naxçıvana səfəri çərçivəsində Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlmədiyini və bunun böyük rəmzi məna daşıdığını vurğuladı. Eyni zamanda 10 noyabr 2020-ci ilə bəyanatının müddəaları ətrafında manipulyativ davranışlar sərgiləməyə cəhd göstərənlərə, revanşçı əhval-ruhiyyəni nümayiş etdirənlərə bir daha və həm də Zəngəzur dəhlizinin önəmli bir nöqtəsindən dövlətimizin qəti və dəyişməz mövqeyini çatdırdı. Dövlətimizin başçısı bəyan etdi ki, Zəngilanı Naxçıvandan ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır. Bu baxımdan hüç bir qüvvə müzəffər Azərbaycan Ordusunun əldə etdiyi qələbənin nəticələri üzərinə kölgə salmaq iqtidarında deyil. Buna cəhd edənlər isə daha acınacaqlı sonluqla qarşılaşacaqlar”. 

 

Azər Kərimli bildirib ki, Prezident İlham Əliyev müsahibəsində “münaqişə” sözünü yenidən dilə gətirənlərə, Ermənistanın de-fakto kapitulyasiya aktını “atəşkəs bəyanatı” kimi təqdim etməyə çalışanlara ölkəmizin əsaslandırılmış, dəmir məntiqə söykənən mövqeyini çatdırıb:

 

“10 noyabr bəyanatında tərəflərin atacağı bütün addımlar əks olunub və bu sənəd Ermənistanın məğlub tərəf kimi üzərinə götürdüyü öhdəliklərin rəsmi şəkildə təsdiqidir. Yəni öhdəliklər olmasaydı, Ermənistan Azərbaycanın şərtlərini qəbul etməsəydi, o zaman 10 noyabr bəyanatı da olmayacaqdı və ordusu darmadağın edilmiş Ermənistan daha acınacaqlı duruma düşəcəkdi. Bu baxımdan, hər kəs birdəfəlik anlamalıdır ki, münaqişə başa çatıb və Azərbaycan Respublikasının ərazisində də “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur və heç vaxt olmayacaq. Azərbaycan öz liderinin iradəsi, ordusunun gücü ilə tarixi ədaləti bərqərar edib. Revanşçı qüvvələrin bəyanatları hansısa cüzi praktik nəticəyə keçərsə, dərhal məhv ediləcəklər və daha acınacaqlı şərtlər üçün diz çöküb yalvaracaqlar”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir