Modern.az

Azərbaycanlı güləşçi Tokio-2020-də Ukraynanı təmsil edəcək

Azərbaycanlı güləşçi Tokio-2020-də Ukraynanı təmsil edəcək

Aktual

11 May 2021, 23:36

Yayda Tokioda keçiriləcək Olimpiya oyunlarında Ukraynanı təmsil edəcək güləşçilər arasında azərbaycanlı Pərviz Nəsibov da var. Bu barədə məlumat Ukrayna Güləş Federasiyasının Tokioya aparılacaq güləşçilərinin siyahısında yer alıb.

 

Modern.az xəbər verir ki, həmyerlimiz 67 kiloqram çəki dərəcəsində yunan-roma güləş növü üzrə gücünü sınayacaq.

 

Ukraynanı Tokioda 18 çəki kateqoriyasından cəmi 10 çəki üzrə güləşçi təmsil edəcək ki, bu da ölkə tarixində ən pis göstəricidir. Belə ki, bundan öncə güləşçilər Olimpiadaya ən az lisenziyanı 2012-ci il London Olimpiadasında qazanmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?