Modern.az

İordaniya azərbaycanlıları Heydər Əliyevi yad ediblər

İordaniya azərbaycanlıları Heydər Əliyevi yad ediblər

13 May 2021, 16:44

İordaniyadakı Azərbaycan diasporunun təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə onlayn görüş keçirilib.

 

Tədbirdə İordaniyadakı Azərbaycan diasporunun sədri Zümrüd Dadaşova, diaspor üzvləri Pəri Mirzə, Səbinə Namazova və Kəmalə Süleymanova  çıxış ediblər. Soydaşlarımız ulu öndərin ömür yolundan və fəaliyyətindən, memarı olduğu müstəqil dövlətimizin gücləndirilməsi istiqamətindəki misilsiz xidmətlərindən, Azərbaycan diasporuna diqqət və qayğısından danışıblar, onunla bağlı xatirələrini bölüşüblər.

Tədbirdə eyni zamanda Azərbaycan Diasporuna Dəstək Fondunun və "YAŞAT" Fondunun birgə təşəbbüsü ilə şəhid və qazi ailələrinə dəstək məqsədilə 25 may 2021-ci il tarixdə təşkil ediləcək Xeyriyyə Marafonu ilə bağlı videoçarx da nümayiş etdirilib.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir