Modern.az

Daha 30 şirkət Rusiyaya pomidor ixrac edəcək

Daha 30 şirkət Rusiyaya pomidor ixrac edəcək

Aktual

13 May 2021, 22:18

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) qərarı ilə mayın 14-dən etibarən Azərbaycanın 30 sahibkarlıq subyekti qonşu ölkəyə pomidor ixrac edə biləcək.

 

Modern.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.

 

Məlumata görə, sözügedən qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə, habelə birgə yoxlamalar zamanı götürülmüş nümunələrin karantin fitosanitar ekspertizasının nəticələri əsasında qəbul edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!