Modern.az

İsrail atəşkəs təklifini rədd etdi

İsrail atəşkəs təklifini rədd etdi

15 May 2021, 20:38

Misir nümayəndə heyəti İsrail və Fələstin arasında atəşkəsə nail olunması məqsədilə Təl-Əvivə və Qəzzaya səfərdən qayıdıb.

 

Modern.az “Əl Əhram” qəzetinə istinadla xəbər verir ki, Qahirədəki diplomatik mənbə vasitəçilik missiyasının nəticə vermədiyini bildirib.

 

Diplomatik mənbənin bildirdiyinə görə, rəsmi Qahirə bir il müddətinə atəşkəs elan edilməsi və onun monitorinqinin Misir tərəfindən həyata keçirilməsini təklif edib. Nümayəndə heyəti, həmçinin Qüdsün şərq ərazilərinin məskunlaşdırılmasını dayandırmağın, bununla da gərginliyin azaldılmasının zəruriliyini vurğulayıb. Qəzzadakı Həmas liderlərinə də atəşkəslə bağlı müraciət olunub. Lakin İsrail tərəfi Misirin təkliflərini qəbul etməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü