Modern.az

Qasım Süleymaninin öldürülməsində şok detallar

Qasım Süleymaninin öldürülməsində şok detallar

16 May 2021, 11:35

Xarici media Amerika kəşfiyyatının hesabatına istinad edərək İran generalı Qasım Süleymaninin öldürülməsi əməliyyatının təfərrüatlarını təqdim edib.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki,  ABŞ-ın zərbəsi nəticəsində 2020-ci ilin yanvar ayının əvvəlində öldürülən generalın dairəsinə casus proqramı quraşdırılmış bir mobil telefon gətirilib.  Süleymaninin təyyarəsinin Bağdada enməsindən altı saat əvvəl amerikalılara generalın istifadə etdiyi üç cib telefonunun nömrələri verilib.  Məlumata görə, MKİ mütəxəssisləri onları nəzarətə götürüblər.

 

İddiaya görə, şəhərin şərq hissəsi təlim üçün bağlanarkən təyyarənin enişindən sonra Süleymani ABŞ-ın müttəfiqi kürd xüsusi təyinatlılarının hava limanı işçiləri kimi gizlənmiş əməliyyatçıları tərəfindən təsbit edilib.

 

Bu zaman Bağdad səmasında Reaper İHA-larının növbətçi olduğu qeyd edilib. Komandanlığı aldıqdan sonra raketlər Süleymaninin getdiyi maşını vurub. İkinci maşın sürətini artırsa da, snayper tərəfindən vurulub. 

 

Süleymani 3 yanvar 2020-ci il tarixində İraq Bağdadında ABŞ-ın raket hücumundan ölüb. Generalla birlikdə onu müşayiət edən bir neçə zabit də öldürülüb. Buna cavab olaraq Tehran 8 yanvar gecəsi Amerikanın İraqdakı hədəflərinə onlarla raket atıb.  ABŞ itki vermədiyini və hərbi bazalara minimal ziyan dəydiyini elan edib.

 

Pentaqon isə generalın öldürülməsi əmrinin şəxsən ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən verildiyini bildirib. Bu fikri isə Amerika liderinə o zamanki dövlət katibi təqdim edib. 

 

Aysel Məhərrəm

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir