Modern.az

Dörd ayda əhaliyə 2 milyard 25 milyon manat vəsait ödənilib

Dörd ayda əhaliyə 2 milyard 25 milyon manat vəsait ödənilib

16 May 2021, 11:50

Yanvar-aprel aylarında pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə əhaliyə 2 milyard 25 milyon manat vəsait ödənilib.

 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, 2021-ci ilin yanvar-aprel aylarında da pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası davam edib:

 

“Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən həmin dövrdə qeyd olunan istiqamətlər üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 6,0% və ya 113,9 milyon manat çox olmaqla 2 milyard 25 milyon manat vəsait ödənilib. Bu sosial ödənişlər ümumilikdə 2 milyon 350 min şəxsi əhatə edib”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir