Modern.az

Müharibədən sonra 21 mindən çox insana sosial dəstək göstərilib

Müharibədən sonra 21 mindən çox insana sosial dəstək göstərilib

16 May 2021, 15:42

Prezident İlham Əliyevin tapşırığına əsasən, postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhidlərin ailə üzvləri, qazilər, müharibə əlilləri, erməni terrorundan zərər çəkənlər, onların yaxınları ilə bağlı icra olunan sosial dəstək tədbirləri artıq 21 mindən çox şəxsi əhatə edib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Modern.az-a verilən məlumata görə, tədbirlər çərçivəsində Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüşülüb, sosial ödənişlərin təyin olunması üçün onların müraciəti olmadan, zəruri sənədlər aidiyyəti qurumlardan alınaraq toplanılıb:

 

“2867 şəhidin 7326 ailə üzvünə 13598 sosial ödəniş (Prezidentin aylıq təqaüdü, pensiya və müavinət) təyinatı aparılıb. Həmçinin 93 mülki şəhidin 206 ailə üzvünə sosial ödənişlər təyin olunub.

 

Nazirlər Kabinetinin Qərarı ilə yaradılmış komissiya hərbi qulluqçuları birgə əyani müayinədən keçirir. Artıq 416 qaziyə əlillik və bununla əlaqədar Prezidentin aylıq təqaüdü, əlilliyə görə pensiya və ya müavinət təyin edilib.

 

Eyni zamanda, 3 minədək ailə sosial-psixoloji dəstəklə əhatə olunub. Reabilitasiya müəssisələrində yüzlərlə qaziyə reabilitasiya xidmətləri göstərilib. 17 hərbçi yüksək texnologiyalı müasir protez təmin edilib, 650 qaziyə 4500 reabilitasiya vasitəsi verilib”.

 

Rəsmi məlumata görə, qeyd olunan kateqoriyalara aid şəxslərdən 6 min nəfərin məşğulluğuna dəstək verilib, o cümlədən 4666-sı özünüməşğulluq proqramına cəlb olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı