Modern.az

Qarabağ Universitetində “Tələbə həyatının ritmi” adlı tədbir keçirilib

Qarabağ Universitetində “Tələbə həyatının ritmi” adlı tədbir keçirilib

Təhsil

24 İyun 2026, 18:45

Tədris ilinin yekunlaşması münasibətilə Qarabağ Universitetinin tələbə yataqxanasında universitetin müəllim və tələbə heyətinin iştirakı ilə “Tələbə həyatının ritmi” adlı sosial-mədəni tədbir təşkil olunub.

Qarabağ Universitetindən Modern.az-a daxil olan məlumata görə, tədbir çərçivəsində müxtəlif interaktiv oyunlar və əyləncəli yarışlar keçirilib.

İncəsənət fakültəsinin musiqi ixtisası üzrə təhsil alan tələbələri tərəfindən musiqi ifaları təqdim olunub, Dizayn ixtisası tələbələrinin hazırladığı rəsm əsərləri isə sərgi formatında nümayiş etdirilib.

Eyni zamanda tələbələrin təşəbbüsü ilə yataqxana ərazisində quş yuvaları asılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi