Arxiv
17 May 2021, 16:16 | AKTUAL
Uğurlu siyasi kurs davam etdirilir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 10 may 2021-ci il tarixində Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Televiziyasına geniş müsahibə vermiş və bir çox vacib məsələlər barədə öz fikirlərini söyləmişdir.

 

Qeyd etmişdir ki, O, hakimiyyətdə olduğu illər ərzində Naxçıvan Muxtar Respublikasına 15 dəfə səfər etmiş, həmin səfərlər sadəcə bir dövlət başçısının yerlərdə vəziyyətlə tanışlıq məqsədi güdən protokol səfəri xarakterində olmamış, hər biri taleyüklü problemlərin həllinə xidmət etmiş və bu zaman regionda siyasi maraqları olan qüvvələrə xüsusi mesajlar vermişdir.

 

Son iyirmi il ərzində Naxçıvan Muxtar Respublikasında Ümumi daxili məhsul 10 dəfədən çox artmış və onun büdcəsi Ermənistanın büdcəsi ilə müqayisə olunmağa başlanılmışdır. Kənd təsərrüfatı sahəsində mühüm işlər görülmüşdür.  Süni Mayalanma Mərkəzinin açılışı nəticəsində yaxın 4-5 ildən sonra Naxçıvan özünü südlə də təmin edəcəkdir.

 

 Muxtar respublikada çoxsaylı infrastrurktur layihələri həyata keçirilir. Ordubad şəhərində içməli su və kanalizasiya istifadəyə verilib. Qazlaşdırmanın səviyyəsi artıq 100 faizə çatıb. Vaxtilə işıq olmayan Naxçıvanda elektrik enerjisi ilə təchizat 100 faizə şatmışdır. Naxçıvanda “ASAN xidmət” Mərkəzinin tikintisi davam edir. Məlumdur ki, Naxçıvan böyük turizm potensialına malikdir. Yeni uçuş-enmə zolağının açılışı turistlərin Naxçıvana gəlməsini stimullaşdırmalıdır. 

 

Naxçıvanda hərbi aerodromun və hərbi hospitalın açılışı Muxtar Respublikanın təhlükəsizliyinin təmin olunması işinin təşkilində əlamətdar hadisədir. Belə ki, bölgənin təhlükəsizliyinin təmin edilməsində, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasında bu obyektlərin böyük önəmi vardır. Son illər ərzində Naxçıvanda bütün hərbi hissələr yenidən qurulmuş və olmayan bir çox hissələr yaradılmışdır. 

 

Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılmışdır. Ermənistanın “ikinci cəbhə” açmaq həvəsini içindəcə boğmağa məcbur etmiş bu Ordu tam NATO (türk ordusu) standarlarına keçmiş xüsusi statuslu hərbi vahiddir. Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun döyüş qabiliyyəti çox yüksəkdir. Onun   həm Muxtar Respublikanın hüdudlarının müdafiə edilməsində, həm də ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır. 

 

Prezident bildirmişdir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub və Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Münaqişəni   Azərbaycan təkbaşına həll edib. Belə ki, biz  həm döyüş meydanında, həm də  masa arxasında qələbə qazanmışıq. Məhz döyüş meydanında qazandığımız Qələbə düşməni məcbur etdi ki, ağ bayraq qaldırsın və təslim olsun, kapitulyasiya aktına imza atsın. Noyabrın 10-da imzalanmış sənəd məhz Ermənistanın kapitulyasiya aktıdır. 

 

Son zamanlar səslənən revanşist fikirlər Ermənistanı daha acınacaqlı vəziyyətə sala bilər. Əgər onlar hansısa praktiki əməllərə keçsələr, dərhal məhv olunacaqlar. Heç kim onları müdafiə edə bilməyəcəkdir. Ermənistan siyasətçiləri dərk etməlidirlər ki, onlarda nə güc, nə iradə, nə də hər hansı bir mənəvi haqq var ki, revanşist fikirlərlə yaşasınlar.  Bu, onlar üçün siyasi və hərbi intihar aktıdır.

 

Onlar bilməmilidirlər ki, əgər hər hansı bir təhlükə olarsa, dərhal yerlərindəcə məhv ediləcəklər. Dəmir yumruq yerindədir.

 

Məlumdur ki, 40 kilometrlik Zəngəzur dəhlizi Naxçıvanı Ana Vətəndən ayırır. Bu dəhliz mütləq açılacaqdır. Azərbaycan öz üzərinə düşən vəzifələri icra edərək, Horadiz-Ağbənd dəmir yolunun təməl daşı artıq qoymuşdur. Ordubaddan Ermənistan sərhədinə qədər çatışmayan 15-16 kilometrlik hissə inşa ediləcəkdir. Naxçıvanda dəmir yolu fəaliyyət göstərir və həm sərnişin, həm də yük daşımaları həyata keçirilir. 

 

Azərbaycanda əldə olunan bütün uğurların təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ona görə də Heydər Əliyevin irsi tədqiq olunmalıdır. Heydər Əliyev nəinki Azərbaycan hüdudları çərçivəsində, dünya miqyasında böyük nüfuz qazanmış və müstəsna xidmətləri olmuş şəxsiyyətdir. Məhz onun rəhbərliyi ilə Azərbaycan 1970-ci illərdə ən geridə qalmış müttəfiq sovet respublikasından ən qabaqcıl respublikaya qədər ucaldı. Onun rəhbərliyi ilə Naxçıvanda erməni işğalının qabağını alındı. Ermənilər Naxçıvanı blokadaya almışdılar. Belə bir vəziyyətdə Naxçıvanı qorumaq, müdafiə etmək və düşməni yerinə oturtmaq Ulu Öndərin müstəsna xidmətlərindən biridir. Məhz əldə olunmuş Zəfərin təməli Ulu Öndər tərəfindən qoyulmuşdur və bu gün də həmin uğurlu siyasi kurs İlham Əliyev layiqincə davam etdirilir.





Aytən Süleymanova — Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, Rayonun fəal gənci

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İşğaldan azad edilmiş bölgəyə ilk köç Kəlbəcərin timsalında GERÇƏKLƏŞİR 19 İyun 2021, 13:44 AKP-nin mətbuat katibi: “Şuşa türk dünyasının qəlbinin döyündüyü yerdir” 19 İyun 2021, 13:27 Pakistan azad edilmiş ərazilərin bərpasında iştirak edəcək 19 İyun 2021, 13:16 Ruhani yeni seçilən İran prezidentini təbrik edib 19 İyun 2021, 13:09 Ermənistanda burulğan öncəsi “sükut” – Paşinyan “Qarabağ klanı” ilə həlledici DÖYÜŞƏ ÇIXIR 19 İyun 2021, 12:57 Daha 2 qazi yüksək texnologiyalı protezlərlə təmin edib - FOTO 19 İyun 2021, 12:42 Avtomobil bazarında son vəziyyət necədir? 19 İyun 2021, 12:40 Əli Əsədov Füzuli, Laçın və Zəngilan aeroportları ilə bağlı QƏRAR VERDİ 19 İyun 2021, 12:34 Ceyhun Bayramov Antalyadan dünyaya SƏSLƏNDİ: “Qarabağ münaqişəsi başa çatıb” 19 İyun 2021, 12:16 Sabah Azərbaycanda 40 dərəcə isti olacaq 19 İyun 2021, 11:47 Azərbaycanada 1 tondan artıq hind quşu dərisi yararsız çıxıb 19 İyun 2021, 11:45 Azərbaycanda benzin istehsalı azalıb 19 İyun 2021, 11:27 Tarixdə şəxsiyyətlərin rolu və qısqanclıq sindromu 19 İyun 2021, 11:15 İcra başçısı abadlıq işləri ilə yerində tanış oldu 19 İyun 2021, 11:06 İranda prezident seçkilərinin ilkin nəticələri… 19 İyun 2021, 10:59 Bakı Təhsil İdarəsinin yeni sektor müdirləri - Adlar 19 İyun 2021, 10:46 Azərbaycan neftinin qiymətləri dəyişib 19 İyun 2021, 10:44 Şuşada 7 tondan artıq çətənə kolu məhv edilib  19 İyun 2021, 10:38 AMEA-da 6 yeni TƏYİNAT 19 İyun 2021, 10:36 Şirvanda tanışını qətlə yetirən şəxs tutulub 19 İyun 2021, 10:23 "Danışa bilmir" deyilən Əkrəm Əylislidən AÇIQLAMA 19 İyun 2021, 10:10 Azərbaycan-Türkiyə: Xarüqələr yaradan birlik 19 İyun 2021, 10:05 “Əlçatan metro” xidməti - Kim, necə İSTİFADƏ EDİR 19 İyun 2021, 10:03 Rusiya Azərbaycana aviareyslərin sayını artıracaq 19 İyun 2021, 09:50 Azərbaycanın ən çox mal satdığı ölkələr - STATİSTİKA 19 İyun 2021, 09:37 İranın yeni prezidenti MƏLUM OLDU 19 İyun 2021, 09:35 Mübariz İbrahimovun şəhadətindən 11 il ötür - TARİX 19 İyun 2021, 09:25 Rusiyada təyyarə qəzası: 7 ölü, 13 yaralı 19 İyun 2021, 09:14 Ceyhun Bayramov İraqın xarici işlər naziri ilə görüşüb 19 İyun 2021, 08:44 İngiltərə Şotlandiya ilə bacarmadı 19 İyun 2021, 00:59 Bakıda uşağı elektrik cərəyanı vurdu 19 İyun 2021, 00:44 Ceyhun Bayramov Qaqauziyanın rəhbəri ilə görüşdü 19 İyun 2021, 00:31 UEFA-nın tövsiyəsi fitə basıldı 19 İyun 2021, 00:15 Bu gün Bakıda avtobuslar işləməyəcək 19 İyun 2021, 00:01 Türkiyənin gəmi əleyhinə raketi sınaqdan keçirildi - VİDEO 18 İyun 2021, 23:48
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?