Modern.az

Horadiz-Ağbənd dəmir yolunda infrastrukur işlərinə başlanılıb

Horadiz-Ağbənd dəmir yolunda infrastrukur işlərinə başlanılıb

18 May 2021, 11:50

"Hazırda işğaldan azad olunmuş rayonlar üzrə Horadiz- Ağbənd istiqamətində infrastrukur işlərinə başlanılıb".

 

Modern.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəisi Natəvan Bayramova deyib.

 

N. Bayramova qeyd edib ki, işlərin Horadiz-Ağbənd, Bərdə-Ağdam istiqamətlərində həyata keçirilməsi nəzərdə tutulub:

 

“Hazırda bütün dövlət qurumlarda, o cümlədən bizdə əsas prioritet işğaldan azad olunmuş rayonlarda layihələrin həyata keçirilməsinə başlanılıb.

 

Bütün dövlət qurumları ilə birlikdə mərhələli şəkildə tədbirlər görüləcək. Sözügedən ərazilər uzun illər boyu istismara yararsız hala salınıb, törədilmiş vandalizm aktları qarşısınsa bu çox yumşaqdır. Ağdam Bərdə istiqamətində minadan təmizlənmiş ərazilərdə dəmiryol yatağının olması bilinmir.

 

İşğaldan əvvəl azad edilmiş dəmir yolunun mövcud olmuş yollarının bərpası, zərurət yaranarsa, layihələndirmə işləri aparıla bilər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı