Modern.az

Goranboyda dəhşətli HADİSƏ

Goranboyda dəhşətli HADİSƏ

Aktual

18 May 2021, 22:02
 

Goranboy rayonunda bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən hadisə baş verib.

 

Modern.az xəbər verir ki, rayonun Quşçular kəndində Müzəffər Salmanovu “Mercedes” markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

 

Hadisədən xəbər tutan mərhumun oğlu, 38 yaşlı Əsgər Salmanov "VAZ-2106" markalı avtomobillə atasını vuran şəxsi - Bəhruzu və onun atası, 1959-cu il təvəllüdlü Əli Nağıyevi vuraraq onlara xəsarət yetirib.

 

Daha sonra özü də maşınla qəzaya düşərək xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır (report).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar