Modern.az

Ermənilərin Şuşadan Yerevana apardığı Qarabağ xalçaları - FOTOLAR

Ermənilərin Şuşadan Yerevana apardığı Qarabağ xalçaları - FOTOLAR

Mədəni̇yyət

19 May 2021, 11:11

Vətən Müharibəsinin gedişində Azərbaycana məğlub olan düşmən savaşın sonuna yaxın bir sıra maddi-mədəniyyət nümunələrini, o cümlədən Azərbaycan xalçalarını Qarabağdan oğurlamışdı.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ermənilərin vaxtı ilə Şuşada yaratdıqları “xalça muzeyi”ndən Ermənistana 120 xalça aparılıb. Səfəvilər dövləti, Qarabağ xanlığı və Rusiya İmperiyası dövründə toxunan xalçalar hazırda Yerevanda Memarlıq Muzey-İnstitutunda sərgilənir. Qarabağ xalçalarının sərgisi 6 ay davam edəcək.

 

Muzeyin direktoru Mark Qriqoryan xalçaların 2020-ci il noyabrın 1-i gecəsi “Ford” markalı yük maşınında Şuşadan çıxarıldığını deyib. O, ümumilikə, 120 xalça, 45 rəsm əsəri, 30 keramik qab və s.-nin Şuşadan Ermənistana daşındığını əlavə edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?