Arxiv
26 Sentyabr 2012, 15:57 | AKTUAL
İlham Rəhimovun işçisi Modern.az-a məktub yazdı

Etimad “yala gedənlər” deyəndə məni nəzərdə tutub


Ədalət Partiyasının sədr müavini Etimad İsmayılovun İlham Rəhimov barədə Modern.az saytında dərc olunan müsahibəsindən sonra sabiq “Ədalət”çi, hazırda İlham Rəhimovun yanında çalışan Azad Məsiyev redaksiyamıza telefon açıb.

O, Etmad İsmayılovun müsahibəsində adının keçdiyini qeyd edərək partiya sədrinin oğluna cavab yazdığını söyləyib. Müsahibədə İlham Rəhimovdan başqa heç kimin adınının çəkilmədiyini bildirəndə A.Məsiyev “Etmad yala gedənlər deyəndə, məni nəzərdə tutub”-deyə bildirib.

Modern.az Azad Məsiyevin məktubunu etika qaydalarına uyğun olmayan ifadələri ixtisar etməklə dərc edir.

- Hörmətli redaksiya!

Məni bu yazını yazmağa vadar edən sentyabrın 24-də Modern.az saytında deputat İlyas İsmayılovun oğlu Etimadın professor İlham Rəhimov barəsindəki açıqlaması oldu. Sonradan bu yazını digər saytlarda öz səhifələrində yerləşdiriblər.
Qeyd etmək istəyirəm ki, mən 1998-2008-ci ilə kimi Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılovla bir yerdə fəaliyyət göstərmişəm. Ağır günlərində, təzyiq və təqiblərə məruz qalan vaxtlarında ona həmişə sədaqətlə, təmənnasız xidmət etmişəm. İ.İsmayılovla birlikdə fəaliyyət göstərdiyim 10 il ərzində ailəm maddi cəhətdən sıxıntı içində olsa da, bir dəfə olsun belə İ.İsmayılova bu barədə bildirməmişəm və heç nə ummamışam. Ədalət Partiyasında məni tanıyanlar və Etimadın özü də bunları yaxşı bilirdi.
Nəhayət, İlyas İsmayılov deputat seçiləndən sonra ondan xahiş etdim ki, mən maddi cəhətdən sıxıntı içindəyəm, kömək eləyin, bir işə girim. O isə soyuqqanlılıqla cavab verdi ki, mən heç kimə ağız açmayacağam. Belə olduqda ondan xahiş etdim ki, axı siz deputatsız, bəlkə Fövqaladə Hallar naziri cənab Kəmaləddin Heydəroun qəbuluna düşmək üçün mənə köməklik edəsiniz. Buna da etiraz etdi, dedi ki, K. Heydərova ağız açsam, hörmətdən düşərəm. İ.İsmayılovdan bu cavabı aldıqdan sonra özümə iş axtarmağa başladım və professor İlham Rəhimova müraciət etdim. Professor mənə bildirdi ki, səni işə götürə bilərəm, ancaq İlyas İsmayılovla razılaş. Mən elə də etdim və İ.İsmayılova bildirdim ki, İlham müəllim məni işə götürmək istəyir, siz narazı deyilsiz ki? O dərhal razılığını bildirdi və biz həmin gündən sağollaşdıq. Yuxarıda sadaladıqlarım barəsində Ədalət Partiyasının funksionerləri Mütəllim bəy, Elxan bəy və İlyas İsmayılovun dostları da bilirdi.
Mən İ.İsmayılovdan ayrılandan sonra, yəni 2008-ci ildən professor İlham Rəhimovla birlikdə çalışıram. Allah İlham müəllimin ölənlərinə rəhmət eləsin, ona uzun ömür və cansağlığı versin ağır günlərimdə mənə yardımçı oldu. Ədalət Partiyasından professor İlham Rəhimovla çalışan təkcə mənəm. Ədalət Partiysından gedən gündən o partiya ilə heç bir əlaqəm yoxdur.
Mən Etimaddan fərqli olaraq ailəmə, uşağıma halal zəhmətlə çörək qazanıram və bunda heç bir qəbahət görmürəm.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Karantindən çıxmağın yeganə yolu vaksinasiyadır - Professor 28 Yanvar 2021, 14:03 Gömrükdə külli miqdarda qızıl-zinət əşyaları aşkar edildi - VİDEO 28 Yanvar 2021, 13:28 Şəhid ailələri və qazilərə göstərilən xidmətlərlə bağlı təlim keçirilib 28 Yanvar 2021, 13:25 ÜST-dən daha bir pandemiya XƏBƏRDARLIĞI 28 Yanvar 2021, 13:22 Şəhid anasının müraciəti yerində araşdırıldı - FOTO 28 Yanvar 2021, 13:16 Samux və Sabirabad sakinlərindən narkotik götürüldü 28 Yanvar 2021, 13:10 Müdafiə Nazirliyi Nəcməddin Sadıkovun işdən çıxarıldığını TƏSDİQLƏDİ 28 Yanvar 2021, 13:04 Bakıda mağazadan oğurluq edildi 28 Yanvar 2021, 12:58 Sabah hava necə olacaq? - PROQNOZ 28 Yanvar 2021, 12:52 Azərbaycan Rusiyadan qaytarılan pomidoru Körfəz ölkələrinə SATDI 28 Yanvar 2021, 12:46 Navalnının mitinqində məşhurlaşan oğlan TUTULDU 28 Yanvar 2021, 12:46 Elmar Qasımov Prezident təqaüdçüləri ilə görüşdü - FOTO 28 Yanvar 2021, 12:42 Naftalanda aztəminatlı ailələrə yardım paylanılıb 28 Yanvar 2021, 12:37 Ermənistan Minsk Qrupunun regiona səfərini GÖZLƏYİR 28 Yanvar 2021, 12:32 Postmüharibə dövrünün Azərbaycan Ordusu - Hansı islahatlara ehtiyac var... 28 Yanvar 2021, 12:30 Ombudsman uşaq evində nöqsanlar aşkarladı 28 Yanvar 2021, 12:26 Erməni katolikosu Azərbaycandan Roma Papasına ŞİKAYƏT EDƏCƏK 28 Yanvar 2021, 12:22 Daxili Qoşunların Şuşada şəhid olan baş əsgəri 28 Yanvar 2021, 12:20 Təhsil naziri bu tarixdə vətəndaşların suallarına CAVAB VERƏCƏK 28 Yanvar 2021, 12:19 Mehriban Əliyevanın təşəbbüsü İspaniyada mükafata layiq görülüb 28 Yanvar 2021, 12:15 Azərbaycanda vəhşi heyvan və quşların sayı artıb 28 Yanvar 2021, 12:12 Prezident iki məktəbdəki şəraitlə tanış oldu - FOTO 28 Yanvar 2021, 12:09 Azərbaycandan 202 milyon dollarlıq pomidor ixrac olunub 28 Yanvar 2021, 12:06 Təhsil naziri pakistanlı səfirlə görüşdü - FOTO 28 Yanvar 2021, 12:03 Yusif Abdullayev: “Xarici investorların cəlbi üçün srtategiya hazırlanır”   28 Yanvar 2021, 12:00 Qarabağa investisiya qoymaq istəyən sahibkarların sayı AÇIQLANDI 28 Yanvar 2021, 11:56 Cəbrayıl və Xocavənddə 3 erməni hərbçinin cəsədi TAPILDI 28 Yanvar 2021, 11:52 Qızılağac Milli Parkında GÜLLƏLƏMƏ 28 Yanvar 2021, 11:48 Koronavirusa yoluxmuş jurnalistin xəstəxanada yaşadığı DƏHŞƏTLƏR 28 Yanvar 2021, 11:43 Məktəblərin açılmasını reallaşdıran vacib amillər - Məsul katibdən geniş təhlil 28 Yanvar 2021, 11:40 Məktəb direktorları ilə onlayn görüş keçirildi 28 Yanvar 2021, 11:37 Moskva Paşinyana gələcəyi ilə bağlı 3 variant TƏKLİF ETDİ 28 Yanvar 2021, 11:34 Gübrələrin səyyar satışına hazırlıq işləri başa çatır - FOTOLAR 28 Yanvar 2021, 11:32 Şəhid övladı Şuşaya şəxsiyyət vəsiqəsi verildi 28 Yanvar 2021, 11:30 Paşinyan jurnalistin Şuşayla bağlı sualı cavabsız qoydu 28 Yanvar 2021, 11:25