Modern.az

Sülhməramlı zabit Laçın dəhlizindəki əsas vəzifələrini AÇIQLADI

Sülhməramlı zabit Laçın dəhlizindəki əsas vəzifələrini AÇIQLADI

Qarabağ

26 May 2021, 00:15

"Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları məsuliyyət zonalarında tərəflərin sərhədlərini müəyyənləşdirmə xəttində atəşkəs rejiminə riayət olunmasına nəzarət, həmçinin Laçın dəhlizi boyunca nəqliyyat vasitələrinin təhlükəsizliyini, ərzaq və müxtəlif malların daşınmasını təmin etmək vəzifələrini davam etdirirlər".

 

Modern.az xəbər verir ki, bu barədə Laçın dəhlizindəki Rusiya sülhməramlılarının müşahidə postunun komandiri Sergey İvanov bildirib.

 

Onun sözlərinə görə, son bir həftə ərzində sülhməramlı kontingentin məsuliyyət zonasında atəşkəs pozuntuları və Rusiya hərbçilərinə qarşı təxribat xarakterli hərəkətlər qeydə alınmayıb.

 

Bildirilib ki, Rusiya sülhməramlı kontingentinin bütün müşahidə məntəqələri hərbi qulluqçuları atıcı silahlardan və qəlpələrdən qorunmaq, habelə ətraf ərazini hərtərəfli müşahidə etmək üçün hazırlanmış “Blokpost” istehkamları ilə təchiz edilib.

 

“Bizim əsas vəzifəmiz atəşkəs razılaşmasına riayət olunmasına nəzarət etməklə yanaşı, marşrut boyunca mülki nəqliyyatın təhlükəsizliyini təmin etməkdir. Bunun üçün bütün dəhliz boyu postlar yaradılıb. Bölgənin gecə-gündüz monitorinqi aparılır və mülki nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi təmin edilir” -  Sergey İvanov bildirib.

 

Qeyd olunub ki, məsuliyyət zonasındakı vəziyyəti izləməklə yanaşı, Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrinin şəxsi heyəti müntəzəm olaraq döyüş hazırlığı fəaliyyətləri həyata keçirir və pozuntuların qarşısını almaq üçün təlimlər keçirir: "Rus sülhməramlıları bir insident siqnalı verilərsə, ştat cədvəlinə uyğun olaraq əvvəlcədən təchiz olunmuş mövqelərdə ən qısa müddətdə müdafiə mövqeləri tutmağa hazırdırlar".

 

Turan ASLAN

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir