Modern.az

“Azərenerji” enerji qəzası barədə açıqlama yaydı

“Azərenerji” enerji qəzası barədə açıqlama yaydı

28 Sentyabr 2012, 11:38

Ölkənin enerji təchizatında baş vermiş qəzanın aradan qaldırıldığı bildirildi

“Azərenerji” ASC ölkənin enerji təchizatında baş vermiş qəza ilə bağlı rəsmi açıqlama yayıb.
Qurumdan Modern.az-a verilən məlumatda bildirilib ki, 28.09.2012-ci il tarixdə güclü leysanla müşaiyət olunan qeyri-sabit  hava şəraiti ilə əlaqədar səhər saat 6-55 radələrində ölkənin əsas stansiyası olan “Azərbaycan” İES-də ildırım vurması nəticəsində 330 kV-luq yarımstansiyada yanğın baş verib.

“İldırım vurması nəticəsində Hava Açarı və 330 kV-luq gərginlik  transfatmatoru zədələnib. Nəticədə idarəetmə avtomatikasının əks-qəza avtomatika dövrələri zədələnib.  Avtomatika  təhlükəsizliyi  zədələndiyindən sistemdə enerji fasiləsi yaranıb.
Qısa müddət ərzində görülmüş tədbirlər nəticəsində respublikanın şəhər və rayonlarında elektrik enerjisinin verilməsi tam təmin olunub.
Qeyd edək ki, yanğın FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Yanğından mühafizə hissəsinin əməkdaşları tərəfindən söndürülüb”.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi