Modern.az

“Mərkəz”in redaktoru: “Gülər Əhmədova ilə bağlı qalmaqal işimizə təsir etməyib”

“Mərkəz”in redaktoru: “Gülər Əhmədova ilə bağlı qalmaqal işimizə təsir etməyib”

28 Sentyabr 2012, 13:27

“Gülər Əhmədova ilə bağlı son günlər yaşanan hadisələr nə saytın, nə qəzetin fəaliyyətinə mənfi təsir göstərib”. Bu sözləri Modern.az-a açıqlamasında deputatın təsisçisi olduğu merkez.az saytının redaktoru Mahir Məmmədli deyib.
O qeyd edib ki, qəzet və sayt kollektivi əvvəlki tempdə öz işini davam etdirir. “Bir həftə, 10 gün qabaq necə işləyirdiksə, yenə də o cür işləyirik. Baş vermiş hadisələr saytın və qəzetin fəaliyyətinə heç bir təsiri yoxdur”.

Qeyd edək ki, ABU-nun keçmiş rektoru Elşad Abdullayevin Gülər Əhmədova ilə bağlı yaydığı videomaterial barədə Respublika Prokurorluğunda cinayət işi açılıb.

Bu gün deputat G.Əhmədovanın insult keçirməsi barədə də xəbər yayılıb.

Aytən Əliyeva  
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?