Arxiv
29 May 2021, 10:28 | DİASPOR
ABŞ-da Respublika Gününə həsr olunmuş festival keçirildi - FOTOLAR

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü, Yuta–Azərbaycan İcmasının nümayəndəsi Əsmər Qarayevanın təşkilatçılığı ilə Solt Leyk şəhərində 28 may – Respublika Gününə həsr olunmuş festival keçirilib.

 

Modern.az xəbər verir ki, şəhərin mərkəzi "The Gateway" meydanında təşkil olunmuş festival Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Tədbiri giriş sözü ilə açan Əsmər Qarayeva amerikalı qonaqların nəzərinə çatdırıb ki, dünya azərbaycanlıları, o cümlədən ABŞ-da yaşayan soydaşlarımız böyük qürur hissi ilə 103 il öncə Azərbaycanın dövlətçilik tarixində baş vermiş mühüm hadisəni – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlətin qurulmasını qeyd edirlər.

 

O, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən və fəaliyyətindən, 1991-ci ildə xalqımızın dövlət müstəqilliyinin bərpasına nail olmasından, ötən il 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsindən danışıb.

 

Qeyd edək ki, festivalın təşkil olunduğu ərazi Azərbaycanın dövlət bayraqları ilə bəzədilib, ölkəmizin xəritəsini, qədim tarixini, zəngin mədəniyyətini əks etdirən fotosərgi nümayiş etdirilib. Onların arasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərinə çəkilmiş miniatürlər, Bakı şəhərinin və Qarabağın tarixi abidələrini, milli mətbəx nümunələrini və çay dəstgahını əks etdirən şəkillər təqdim olunub. Azərbaycanda 2021-ci ilin "Nizami Gəncəvi İli" elan olunduğuna diqqət cəlb edilib.

 

Sərgi yerli sakinlərin böyük marağına səbəb olub. Qonaqlar Azərbaycan mədəniyyətinin zənginliyinə heyran olduqlarını ifadə ediblər. Tədbir zamanı Azərbaycan mətbəxinin nümunələri təqdim edilib, milli və klassik musiqimiz səsləndirilib. 

 

 




BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Zəngəzur dəhlizi Zəngilanın əhəmiyyətini daha da artıracaq 21 Oktyabr 2021, 19:41 "Qarabağ" və "Kayrat"ın start heyətləri  21 Oktyabr 2021, 19:26 Zaxarova “3+3”dən danışdı: “Tezliklə tətbiqinin tərəfdarıyıq” 21 Oktyabr 2021, 19:20 Əli İnsanovun da partiyası qeydiyyata alındı 21 Oktyabr 2021, 19:15 Kikboksçumuz 26-cı dəfə dünya çempionu oldu 21 Oktyabr 2021, 19:06 Rusiya şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdır - Mariya Zaxarova 21 Oktyabr 2021, 19:03 Futbolçulardan ibarət millimiz UDUZDU 21 Oktyabr 2021, 19:00 “Rusiya atəşkəsin pozulmaması üçün hər şeyi edir” - Zaxarova 21 Oktyabr 2021, 18:55 Malik Həsənov şəhidlərin anım mərasimlərində - FOTO 21 Oktyabr 2021, 18:50 Azərbaycanlının nağıl kitabı ABŞ-da bestsellerə çevrilib 21 Oktyabr 2021, 18:45 Nazir şəhid ailələri ilə görüşdü 21 Oktyabr 2021, 18:40 Şəhidin anım günüdür - FOTO 21 Oktyabr 2021, 18:35 İctimai Şuranın üzvləri Lənkəranda - FOTO 21 Oktyabr 2021, 18:30 “Sabah”ın baş məşqçisi istefa verdi 21 Oktyabr 2021, 18:25 Fuad Qəhrəmanlının qızına təcavüz edən şəxslə bağlı QƏRAR VERİLDİ 21 Oktyabr 2021, 18:20 Prezidentlə xanımı bu radioya qulaq asdılar - VİDEO 21 Oktyabr 2021, 18:13 Tanınmış ilahiyyatçı dövlətə xəyanətə görə HƏBS OLUNDU 21 Oktyabr 2021, 18:07 “Azərsu” yanında İctimai Şuranın iclası keçirilib 21 Oktyabr 2021, 18:02 Kamran Əliyevdən 3 rayona prokuror TƏYİNATI 21 Oktyabr 2021, 18:00 Qanunsuz ov edən ərəblər SAXLANILDI 21 Oktyabr 2021, 17:55 AzTV-dən deputata ironiyalı CAVAB 21 Oktyabr 2021, 17:50 Rəisidən MESAJ: “Qonşularımızla münasibətlər bizim üçün prioritetdi” 21 Oktyabr 2021, 17:44 Azərbaycanda daha bir partiya rəsmi qeydiyyata alındı 21 Oktyabr 2021, 17:40 Hamilə qadının ölümü ilə bağlı rəsmi AÇIQLAMA - YENİLƏNİB 21 Oktyabr 2021, 17:39 Bakının mərkəzində narkomanlar yuvası - VİDEO 21 Oktyabr 2021, 17:36 Türkiyə şəhid verdi 21 Oktyabr 2021, 17:32 MOSSAD-ın Türkiyədəki şəbəkəsi İFŞA OLUNDU 21 Oktyabr 2021, 17:28 İtkin düşən hərbçilərimizin ADLARI 21 Oktyabr 2021, 17:24 Prokurorluq məktəblinin ölümünü ARAŞDIRIR 21 Oktyabr 2021, 17:22 Vətən müharibəsi şəhidlərinin yeni SİYAHISI 21 Oktyabr 2021, 17:16 Baş nazir: Saakaşvili azı 6 il həbsxanada qalacaq 21 Oktyabr 2021, 17:13 Neft Fondunun gəlirləri ARTIB 21 Oktyabr 2021, 17:08 XİN: Azərbaycan Ermənistana qarşı yeni şikayətlər irəli SÜRƏCƏK 21 Oktyabr 2021, 17:02 Haaqada “Vətənə dəstək” aksiyası keçirilib - FOTO 21 Oktyabr 2021, 16:56 Nazirlikdən güclü külək XƏBƏRDARLIĞI 21 Oktyabr 2021, 16:50