Arxiv
7 İyun 2021, 10:12 | ALLAH RƏHMƏT ELƏSİN
Azərbaycanda institut direktoru vəfat etdi

Görkəmli coğrafiyaçı alim, Dövlət mükafatı laureatı, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov 71 yaşında vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyasının mətbuat xidməti bildirib.

Ramiz Mahmud oğlu Məmmədov 1950-ci il fevralın 4-də Gürcüstan Respublikasının Qardabani rayonunun Qaracalar kəndində ziyalı ailəsində anadan olub. 1967-ci ildə orta məktəbi, 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib. Elmi fəaliyyətə 1973-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzində başlayıb.

Alim 1980-1985-ci illərdə Azərbaycan Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin Xəzər elmi-tədqiqat stansiyasının müdiri vəzifəsində çalışıb. 1985-ci ildə Azərbaycan SSR EA Rəyasət Heyətinin qərarı ilə Geologiya, 1989-cu ildə isə Coğrafiya İnstitutunda fəaliyyətini davam etdirib. 1991-ci ildə Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzinin müdiri, 1994-cü ildə isə bu müəssisənin elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb.
O, 2012-ci ildən AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru idi.

2001-ci ildə “Coğrafiya” ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2014-cü ildən isə AMEA-nın həqiqi üzvü idi.

R.Məmmədovun rəhbərliyi altında 15 fəlsəfə, 4 elmlər doktoru hazırlanıb.


Allah rəhmət eləsin!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İƏT nümayəndələri Şuşada monitorinq apardı 16 Sentyabr 2021, 21:43 "Doing Business" hesabatının verilməsi dayandırılır 16 Sentyabr 2021, 21:31 Çində tam peyvənd olanların sayı 1 milyardı keçdi 16 Sentyabr 2021, 21:20 Xarici şirkətlər üçün yeni tələblər 16 Sentyabr 2021, 21:10 Türkiyədə daha 262 nəfər virusdan öldü 16 Sentyabr 2021, 20:54 “Qarabağ“ - “Bazel“ oyunu başladı 16 Sentyabr 2021, 20:49 Türkiyə-İran sərhədi açıldı 16 Sentyabr 2021, 20:43 Kabilə bir neçə raket düşüb 16 Sentyabr 2021, 20:36 Dövlət xətti ilə kirayə verilən mənzillərin sayı açıqlandı 16 Sentyabr 2021, 20:29 Ötən ay dəmir yolu ilə 213 min sərnişin daşınıb 16 Sentyabr 2021, 20:17 Nigeriyada aviazərbələr endirildi: 9 ölü, 23 yaralı 16 Sentyabr 2021, 20:13 Türk Ağsaqqalları Birliyinin yaradılması xəbəri təkzib edildi 16 Sentyabr 2021, 19:59 Samuxda məişət evi yandı 16 Sentyabr 2021, 19:51 "Üç qardaş - 2021” təlimi davam edir - VİDEO 16 Sentyabr 2021, 19:38 Zaxarova İranın yük maşınlarının saxlanmasından DANIŞDI 16 Sentyabr 2021, 19:36 Davos forumunun tarixi məlum oldu 16 Sentyabr 2021, 19:32  “Qarabağ“ və  “Bazel”in start heyətləri açıqlandı 16 Sentyabr 2021, 19:23 Sabiq baş nazir saxlanıldı 16 Sentyabr 2021, 19:21 Unun qiyməti ilə bağlı qərarın İZAHI 16 Sentyabr 2021, 19:11 Hərbçilər arasında yarış keçirildi - FOTO 16 Sentyabr 2021, 19:00 Zakir Həsənov Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb 16 Sentyabr 2021, 18:57 Hansı müəllimlərə məhdudiyyət tətbiq olunacaq? - AÇIQLAMA 16 Sentyabr 2021, 18:53 Tanınmış dirijor vəfat edib 16 Sentyabr 2021, 18:52 “WhatsApp”da yeni funksiya işə salındı 16 Sentyabr 2021, 18:48 Türkiyə universitetlərinə qəbul olan tələbələrin NƏZƏRİNƏ 16 Sentyabr 2021, 18:41 UNESCO-nun missiyası azad edilmiş ərazilərimizə gələ bilər 16 Sentyabr 2021, 18:35 İşğaldan azad edilmiş ərazilərdəki quruculuq işləri MÜZAKİRƏ OLUNDU 16 Sentyabr 2021, 18:29 Rusiyadan Azərbaycan-Türkiyə təlimlərinə REAKSİYA 16 Sentyabr 2021, 18:25 ÜST-dən koronavirusla bağlı ŞAD XƏBƏR 16 Sentyabr 2021, 18:18 Ombudsmanlar Şuşada səfərdədilər 16 Sentyabr 2021, 18:12 AŞ PA Ermənistanı bütün mina xəritələrini Azərbaycana verməyə çağırıb 16 Sentyabr 2021, 18:06 Bakı məktəblərində ənənəvi jurnallar ləğv olunacaq 16 Sentyabr 2021, 18:00 Bakıda təhsil işçilərinin 90 faizə yaxını peyvənd olunub 16 Sentyabr 2021, 17:56 Gömrük Komitəsi Seçki Komissiyasının məlumatını YAYDI 16 Sentyabr 2021, 17:52 Bakıda I sinfə gedəcək şagirdlərin sayı açıqlandı 16 Sentyabr 2021, 17:46
SORĞU Hansı vaksinə etibar edirsiniz?