Arxiv
7 İyun 2021, 18:55 | HADİSƏ
Daha 13 erməni terrorçunun işi MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ

Terrorçu silahlı birləşmənin daha 13 üvzü barəsində cinayət işi məhkəməyə göndərilib.

Modern.az Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadən xəbər verir ki, bu barədə DTX və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

 

Məlamatda bildirilir: "Xəbər verildiyi kimi, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatla atəşkəs elan olunduqdan sonra Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq gizli yollarla keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş anti-terror əməliyyatı nəticəsində tərksilah edilmiş üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşmışdır.

 

Aparılmış istintaq nəticəsində məlum olmuşdur ki, Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaratmışlar. Onlar 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törətmişlər.

 

Həmin silahlı dəstənin 14 nəfər üzvü barəsində cinayət işinin istintaqının yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilməsi barədə ictimaiyyətə daha əvvəl məlumat verilmişdir.

Hazırda sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin - Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç və qeyrilərinin, ümumilikdə 13 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir.

 

Yuxarıda qeyd olunmuş silahlı birləşmənin üzvləri olan digər təqsirləndirilən şəxslər barəsində müvafiq cinayət işləri üzrə ibtidai istintaq yekunlaşdırılaraq iş materialları ilə tanışetmə həyata keçirilir".

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
AŞPA partiyalara yardımlarla bağlı qətnamə qəbul etdi 24 İyun 2021, 22:43 Türkiyədə daha 59 nəfər virusdan öldü 24 İyun 2021, 22:29 Xarici işlər nazirləri Bakıya gəlir 24 İyun 2021, 22:16 "Keşlə" portuqaliyalı futbolçu ilə müqavilə imzaladı 24 İyun 2021, 22:05 Göygöldə gənc qız sirkə turşusundan zəhərləndi 24 İyun 2021, 21:52 Con Sallivan Moskvaya qayıtdı 24 İyun 2021, 21:39 Vahid Ələkbərov yenidən “LUKoil”un prezidenti seçildi 24 İyun 2021, 21:25 Ceyhun Bayramov şahzadə ilə görüşdü 24 İyun 2021, 21:19 Bakıda federasiyanın sürücüsü küçədə döyülərək öldürüldü - FOTO 24 İyun 2021, 21:08 UEFA səfər qolu qaydasını ləğv etdi 24 İyun 2021, 20:57 Putin Ərdoğanla Qarabağı MÜZAKİRƏ ETDİ 24 İyun 2021, 20:43 ABŞ 53 min Əfqanıstan vətəndaşını üçüncü ölkələrdə yerləşdirəcək 24 İyun 2021, 20:35 Polisə müqavimət göstərən restoran sahibi həbs edildi - FOTO 24 İyun 2021, 20:19 Zelenski Rusiyaya qarşı sanksiyaları imzaladı 24 İyun 2021, 20:08 Gürcüstanda iki azərbaycanlı yeniyetmə göldə batıb – FOTO 24 İyun 2021, 19:42 “Vaksinasiya yoluxucu xəstəliklərlə mübarizədə  xilas yoludur” – Akademikdən ÇAĞIRIŞ 24 İyun 2021, 19:26 53 əfqan hərbçi Özbəkistan ərazisinə keçib 24 İyun 2021, 19:09 Prezident ona polis general-mayoru ali xüsusi rütbəsi verdi 24 İyun 2021, 18:56 Paylayıcı qutunu yararsız hala salındı, yol qəzası baş verdi – FOTO 24 İyun 2021, 18:54 Mətbuat Şurasından xarici media qurumlarına MÜRACİƏT 24 İyun 2021, 18:51 Komitə iclasında 4 məsələ müzakirə olunub 24 İyun 2021, 18:45 Gömrük Əməkdaşlıq Şurasının 138-ci sessiyası keçirilir 24 İyun 2021, 18:42 Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edilib – SİYAHI 24 İyun 2021, 18:37 Şəhriyar Məmmədyarov ilk dəfə Harri Kasparovla qarşılaşacaq 24 İyun 2021, 18:30 Putin Paşinyanı seçkilərdə qələbə münasibətilə təbrik etdi 24 İyun 2021, 18:22 Britaniya səfiri Rusiya XİN-ə çağırıldı 24 İyun 2021, 18:15 Sahibə Qafarova BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb 24 İyun 2021, 18:08 Ermənilər Tovuz istiqamətində mövqelərimizi atəşə tutdu - Rəsmi 24 İyun 2021, 18:00 Tikinti şirkəti BNA-nin avadanlığını yararsız hala saldı 24 İyun 2021, 17:55 “Hərbi xidmətlərə görə” medalı ilə təltif  olunan hərbçilərin SİYAHISI 24 İyun 2021, 17:50 Xocavənddə yolda ermənilər tərəfindən basdırılmış minalar aşkarlandı 24 İyun 2021, 17:44 Şadlıq saraylarında kondisionerlərin işləməsinə məhdudiyyət qoyulub? - Rəsmi cavab 24 İyun 2021, 17:38 Əhalinin banklardakı əmanətləri artıb 24 İyun 2021, 17:32 İlham Əliyev döyüşdə fərqlənən hərbçiləri TƏLTİF ETDİ 24 İyun 2021, 17:26 UEFA səfər qolu qaydasını ləğv etdi - RƏSMİ 24 İyun 2021, 17:20
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?