Modern.az

General-polkovnik Ermənistan ordusunun səhvlərini SADALADI

General-polkovnik Ermənistan ordusunun səhvlərini SADALADI

Qarabağ

8 İyun 2021, 12:10

Ermənistan ordusunun keçmiş Baş Qərargah rəisi, general-polkovnik Yura Xaçaturov Qarabağ müharibəsindəki məğlubiyyətdən danışıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o 44 günlük döyüşlər zamanı buraxılan hərbi səhvlər barədə danışıb.

 

“Qarabağdakı ordu hissələri hamılıqla döyüş vəziyyətinə gətirilmədi, Lələ-Təpə istiqamətində əks-hücum əməliyyatı tez-tələsik hazırlanmışdı. Bundan başqa, 1-ci ordu korpusu ilk gündən döyüşlərə cəlb edilmişdi. Bu səhv idi, o ehtiyat qüvvə olaraq qalmalı idi”.

 

Eks-prezident Robert Koçaryanın başçılıq etdiyi seçki siyahısında iştirak edən Xaçaturov 1-ci Qarabağ Müharibəsinin fəal iştirakçısı olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir