Modern.az

Üçtərəfli komissiyanın müzakirə etdiyi məsələlər: Detallar AÇIQLANDI

Üçtərəfli komissiyanın müzakirə etdiyi məsələlər: Detallar AÇIQLANDI

11 İyun 2021, 12:50

Rusiya baş nazirinin müavini, Azərbaycan və Ermənistanla yaradılmış Üçtərəfli komisisyanın üzvü Alesey Overçuk maraqlı açıqlama verib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Overçuk Üçtərəfli komissiyanın müzakirə etdiyi məsələlər barədə danışıb.

“Üçtərəfli işçi qrup çərçivəsində regonun deblokada olunması barədə predmet müzakirələr gedir. Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçməklə nəqliyyat əlaqəsinin yaradılması müzakirə olunur. Bununla yanaşı, Ermənistandan Azərbaycan vasitəsilə ilə Rusiyaya, həmçinin, Ermənistan və Rusiyadan Naxçıvan vasitəsilə İrana hərəkət imkanları gündəmdədir. Eyni zamanda, Ermənistandan Mərkəzi Asiya respublikalarına və əks istiqamətdə məhsulların daşınması üçün Azərbaycanın Xəzər dənizindəki limanlarından istifadə etmək mümkün olacaq”.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?