Modern.az

Danimarka Finlandiyaya məğlub oldu - AVRO-2020

Danimarka Finlandiyaya məğlub oldu - AVRO-2020

Aktual

12 İyun 2021, 23:38

Futbol üzrə Avropa çempionatın açılış oyununda B qrupunda Danimarka və Finlandiya qarşılaşıblar.

 

Modern.az xəbər verir ki, matçın 42-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Kristian Eriksenin huşunu itirərək yerə yıxılması nəticəsində oyunda fasilə yaranıb.29 yaşlı yarımmüdafiəçi ilkin tibbi yardımdan sonra xəstəxanaya çatdırılıb. İki saatlıq fasilədən sonra UEFA oyunu davam etdirmək qərarını verib.

 

Qolu 60-cı dəqiqədə Yoel Pohyanpalo vurub. Matç 1:0 hesabı ilə başa çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu