Modern.az

“Kristian futbolu möhtəşəm oynayır” - UEFA prezidenti

“Kristian futbolu möhtəşəm oynayır” - UEFA prezidenti

12 İyun 2021, 23:51

“Mən Kristian Eriksənə tezliklə sağalmasını arzulayıram və dua edirəm ki, onun ailəsində güc və inam olsun”.

 

Modern.az UEFA-nın mətbuat xidmətinə istinadla xəbər verir ki, bu sözləri qurumun prezidenti Aleksandr Çeferin deyib.

 

“Bu zaman futbol ailəsinin birliyi o qədər böyük idi ki, o və ailəsi hər kəsin xoş arzu və dualarını hiss etdilər. Mən hər iki komandanın azarkeşlərinin onun adını səsləndirdiyini eşitdim. Futbol möhtəşəmdir və Kristian onu möhtəşəm oynayır”, - deyə UEFA prezidenti bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu