Modern.az

Paşinyan ordudan ehtiyat edir, polisə güvənir - RƏY                               

Paşinyan ordudan ehtiyat edir, polisə güvənir - RƏY                               

Aktual

14 İyun 2021, 13:10

Azərbaycanın İkinci Vətən Müharibəsindəki erməni xalqı arasında həm ruh düşkünlüyü, həm də hakimiyyətə qarşı inamsızlıq yaradıb. Eyni zamanda, seçkilərə az vaxt qaldığı bir müddətdə ermənilər müvəqqəti baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyandan ciddi narazılıqlar edir.

Maraqlıdır, Ermənistanda siyasi hakimiyyətlə ordu arasında fikir ayrılıqları olan bir zamanda seçkilərin nəticəsindən asılı olaraq ordu ilə hakimiyyət arasında qarşıdurma baş verə, Paşinyana qarşı itaətsizlik göstərə bilərmi?

 

Hərbi ekspert Ədalət Verdiyev Modern.az-a danışarkən qeyd edib ki, Paşinyan seçkilərdə qalib olduqdan sonra orduda bəzi yerdəyişmələr edəcək:

“Ermənistanda ordu ilə hakimiyyət arasında fikir ayrılıqları dərin olsa da, hazırda bu proseslər çox da qabarıq şəkildə nəzərə çarpmır. Təbii ki, orduda müxalif liderlər tərəfindən irəli çəkilib, vəzifəyə gətirilən insanlar az deyil. Lakin Paşinyan seçkilərdə qalib olarsa, ordu rəhbərliyində bəzi yerdəyişmələri edəcəyini ehtimal etmək çətin deyil.

Paşinyanın hazırki ətrafında daha sıx birləşən polis qüvvələridir. Ordu birləşmələri bu işdə hələ də tərəddüd edir. Düşünmürəm ki, bu dəyişiklikdən sonra hansısa qüvvələr aşkar şəkildə Paşinyana qarşı çıxmağa cəhd etsin.

Paşinyan hakimiyyətə gəldikdən sonra siyasətə bulaşan çox sayda hərbiçini, xüsusilə də rəhbərlikdə təmsil olunanları da məsuliyyətə cəlb edə bilib. Bu baxımdan kütləvi itaətsizliyin baş verəcəyini düşünmürəm. Amma ayrı-ayrı şəxslərin tabeliyində olanlarla birlikdə proseslərdə qiyamçı qismində iştirakını istisna etmək də olmaz”.

 

Fidan İlqar

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir